Tacikistan Respublikasının
Prezidenti Zati-aliləri
cənab Emoməli Rəhmona
Hörmətli Emoməli
Şərifoviç,
Tacikistan Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan-Tacikistan dostluğu zəngin ənənələrə malikdir. İnanıram ki, bu ənənələri
özündə yaşadan
dövlətlərarası münasibətlərimizin hazırkı
yüksək səviyyəsi
qarşılıqlı maraq
doğuran bütün
sahələrdə əməkdaşlığımızın
dərinləşməsi üçün
daim möhkəm zəmin olacaqdır.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Tacikistan xalqına
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 6 sentyabr 2017-ci il.
Azərbaycan.-
2017.- 9 sentyabr.- S.2.