Azərbaycan
ilə Bosniya və Herseqovina əməkdaşlığı uğurla inkişaf
edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 10-da Astanada Bosniya və
Herseqovinanın Rəyasət Heyətinin üzvü Bakir
İzetbeqoviç ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulandı.
Söhbət zamanı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların indiki vəziyyəti və perspektivləri müzakirə olundu.
***
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan
Respublikasına işgüzar səfəri
sentyabrın 10-da başa çatıb.
Azərbaycan.-
2017.-12 sentyabr.- S.1.