Xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsil aldığı müəssisələr
müasir səviyyədə yenidən qurulur
Sentyabrın 11-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi
rayonundakı 268 nömrəli xüsusi məktəbdə əsaslı
təmirdən sonra yaradılan şəraitlə tanış
olub.
AZƏRTAC xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məktəbin binasında görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, bu məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar təhsil alırlar. Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Burada da əsaslı təmir işləri Prezident İlham Əliyevin 2014-cü ildə imzaladığı Sərəncamla təsdiq edilmiş Dövlət Proqramının tədbirlər planının icrası ilə əlaqədar aparılıb. Məktəbin ikimərtəbəli binasında 23 sinif otağı var. Burada uşaqlara gündə 2 dəfə yemək verilir. Təhsil müəssisəsinin bütün otaqları zəruri əyani tədris vəsaitləri ilə təchiz olunub. Bundan başqa, təhsil ocağının informatika otağı və gimnastika zalı da şagirdlərin ixtiyarına veriləcək. Məktəbin tədris proqramına, ümumilikdə, 900 şagird cəlb edilib.
Xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsil
aldığı bu cür
müəssisələrin müasir səviyyədə
yenidən qurulması onu göstərir ki, Azərbaycan dövləti təhsilin
inkişafına və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsinə
xüsusi diqqətlə yanaşır.
Bu layihənin həyata keçirilməsi,
eyni zamanda, ölkədə
bütün sosial təbəqələrə
aid vətəndaşların təhsil
almaları üçün yaradılan
şəraiti aydın nümayiş etdirir.
Azərbaycan.-
2017.-12 sentyabr.- S.4.