Rustam Soliyev: "Azərbaycan
Respublikasında səfir təyin olunmağımdam şərəf
duyuram"
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 12-də Tacikistan
Respublikasının ölkəmizdə yeni təyin olunmuş
fövqəladə və səlahiyyətli səfiri Rustam
Soliyevin etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki səfir Rustam Soliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Rustam Soliyev etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət
etdi.
Prezident İlham Əliyev ölkələrimiz arasında
dostluq və qardaşlıq münasibətlərinin
uğurla inkişaf etdiyini bildirdi və qeyd etdi
ki, Tacikistan Prezidenti ilə keçirdiyi görüşlər
zamanı əməkdaşlığımızın
daha da genişlənməsi
ilə bağlı səmərəli müzakirələr
aparılıb. İqtisadi əlaqələrimizə toxunan dövlətimizin başçısı ölkələrimizin
nəqliyyat sistemləri
və müxtəlif istiqamətlərdə yük
daşımaları ilə
bağlı yeni imkanların olduğunu qeyd etdi. Dövlətimizin başçısı
dedi ki, humanitar, mədəni sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi üçün
yaxşı potensial mövcuddur və bu sahələrdə əlaqələr uğurla
inkişaf edir. Prezident İlham Əliyev Rustam Soliyevin səfirlik fəaliyyəti
dövründə ikitərəfli
münasibətlərimizin daha
da genişləndirilməsi
işində səylərini
əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
Azərbaycan Respublikasında səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Rustam Soliyev Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və yaxın zamanlarda dövlətimizin başçısı
ilə görüşmək
arzusunu Prezident İlham Əliyevə çatdırdı. Azərbaycan ilə Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının
25 illiyinin bu il qeyd olunacağını
deyən səfir ikitərəfli dostluq münasibətlərimizin əsasının
ümummilli lider Heydər Əliyev və Prezident Emoməli Rəhmon tərəfindən qoyulduğunu
vurğulayaraq, bu siyasətin bu gün də uğurla davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Səfir qeyd etdi ki, siyasi əlaqələrimiz
yüksək səviyyədədir
və ölkələrimiz
BMT, ATƏT, MDB çərçivəsində
sıx əməkdaşlıq
həyata keçirir.
Görüşdə ölkələrimiz arasında
enerji, kənd təsərrüfatı, təhsil,
terrorizmə qarşı
mübarizə və digər sahələrdə
əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı məsələlərə dair
fikir mübadiləsi aparıldı.
Dövlətimizin
başçısı Tacikistan
Respublikasının Prezidenti Emoməli Rəhmonun
salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan
Prezidentinə çatdırmağı xahiş
etdi.
Azərbaycan.-
2017.- 13 sentyabr.- S.2.