Azərbaycan ilə BP
arasında uzun illərdir davam
edən səmərəli əməkdaşlıq
qarşılıqlı etimada söykənir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 14-də BP şirkətinin
baş icraçı direktoru Robert Dadli ilə
görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə bu gün Bakıda imzalanan Sazişin önəmi vurğulandı, yeni əsrin müqaviləsinin ikitərəfli əməkdaşlıqda mühüm əhəmiyyət daşıdığı bildirildi. Qeyd olundu ki, Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən səmərəli əməkdaşlıq qarşılıqlı etimada söykənir.
Söhbət zamanı ölkəmizin müəllifi olduğu irimiqyaslı enerji layihələrinin reallaşdırılmasında BP-nin fəal tərəfdaş kimi çıxış etdiyi vurğulandı.
Prezident İlham Əliyev Azərbaycan ilə BP şirkəti arasında səmərəli əməkdaşlığın inkişafındakı xidmətlərinə görə Robert Dadlinin Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu bildirdi və ordeni ona təqdim etdi.
Sonda
xatirə şəkli çəkdirildi.
Azərbaycan.-
2017.-15 sentyabr.- S.4.