"Statoil" yeni sazişin imzalanmasını əhəmiyyətli sayır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Statoil şirkətinin beynəlxalq inkişafistehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Baxerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənilməsi üzrə yeni Sazişin imzalanmasının əhəmiyyəti qeyd edildi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə Statoil şirkəti arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı və bu əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Azərbaycan.- 2017.-15 sentyabr.- S.4.