AŞPA yeni kontraktı böyük tarixi hadisə
kimi qiymətləndirdi
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 14-də Avropa
Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq
Komitəsinin həmməruzəçiləri Sezar Florin
Predanı və Stefan Şennakı qəbul edib.
AZƏRTAC xəbər verir ki, AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsini nəzərdə tutan yeni Sazişin imzalanması münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdılar və bunu böyük tarixi hadisə kimi qiymətləndirdilər.
Prezident İlham Əliyev imzalanan Saziş, tərəfdaşlar və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında aparılan işlərdən danışdı.
Görüşdə Azərbaycan
ilə Avropa Şurası Parlament
Assambleyası arasında əməkdaşlığın
hazırkı vəziyyəti və perspektivləri müzakirə
edildi.
Azərbaycan.-
2017.- 15 sentyabr.- S.4.