BMT-də islahatlar dövrün tələbidir
Azərbaycanın bu
istiqamətdə təşəbbüsləri
dünya ictimaiyyəti
tərəfindən qəbul
olunur
Beynəlxalq təşkilatlara üzv olmaq, onlarla faydalı əməkdaşlıq
etmək hər bir dövlətin əsas hədəfləri
sırasında yer alır. Müstəqilliyinin 26-cı ilini yaşayan
Azərbaycan Respublikası
da beynəlxalq aləmə inteqrasiya kursunu seçərək qlobal siyasi proseslərə
əsaslı təsir
imkanları olan aparıcı təşkilatlarla
əməkdaşlığa daim mühüm önəm verib. Bu baxımdan ölkəmizin
bütün dövlətləri
bir araya gətirən Birləşmiş
Millətlər Təşklatı
ilə münasibətləri
təqdirəlayiqdir.
Ermənistanın ifşa
edildiyi beynəlxalq platforma
25 il
əvvəl BMT-nin tamhüquqlu üzvlüyünə
qəbul olunan Azərbaycan bununla beynəlxalq səviyyədə
özünün maraq
və mənafelərini
müdafiə etmək
üçün əlverişli
tribuna qazandı. Respublikamız bu mötəbər
qurumun platformasından
beynəlxalq ictimaiyyətin
diqqətini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə cəlb
etdi, potensialından istifadə etməklə problemin həllinə çalışdı. Ulu öndər
Heydər Əliyevin
1993-cü ildə hakimiyyətə
dönüşündən sonra ölkəmiz BMT tribunasından daha səmərəli istifadə
etdi.
Məhz ümummilli lider Heydər Əliyevin sayəsində Azərbaycan
BMT platformasından beynəlxalq
ictimaiyyətin diqqətini
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinə
daha çox cəlb etməyə başladı.
Prezident İlham Əliyev də xarici siyasətdə BMT ilə əlaqələrin inkişafına
mühüm önəm
verir. Hələ
2003-cü ildə cənab
İlham Əliyev Baş nazir kimi BMT Baş Məclisinin sessiyasında
iştirak etmiş, milli sosial-iqtisadi inkişaf, regional və beynəlxalq təhlükəsizliyə
qarşı təhdidlərlə
bağlı fikirlərini
açıqlamışdır. BMT Baş Məclisinin
2004-cü ildə keçirilən
59-cu sessiyasında çıxış
edən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı
BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin hələ
də yerinə yetirilmədiyini bəyan etmişdir. 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında iştirak edərək dərin məzmunlu nitq söyləyən Prezident
İlham Əliyev diqqəti bir daha Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə yönəltmişdir.
Respublikamızın 2011-ci ildə
BMT TŞ-nin on qeyri-daimi üzvündən
biri seçilməsi isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin məntiqi nəticəsi, Azərbaycan
diplomatiyasının nüfuzunun
göstəricisi idi. 2012-ci ilin mayında
BMT TŞ-nin yüksək
səviyyəli iclasına
sədrliyi isə Prezident İlham Əliyev etdi. Bu, Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri
olmaqla, ölkəmizin
beynəlxalq aləmdə
çəkisinin artmasının,
dünya siyasətinin
əsas aktorlarından
birinə çevrilməsinin
təsdiqi kimi tarixə düşdü.
Daha işlək
mexanizmlərin tətbiqinin
vaxtı çatıb
Respublikamız beynəlxalq sülhün və təhlükəsizliyin
möhkəmləndirilməsində və qorunmasında, davamlı inkişaf və demokratikləşdirmə
prosesində BMT-nin vacib rol oynadığını
qəbul edir. Bununla belə,
təşkilatın Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı qəbul etdiyi qətnamələrin
imperativ xarakter daşımaması, təcavüzkarın
cəzalandırılması yönümündə heç
bir real addımın atılmaması təəssüf
hissi doğurur. Ona görə də Azərbaycan bəşəriyyətin
üzləşdiyi problemlərin
həllində BMT-nin fəaliyyətini daha da gücləndirmək məqsədilə təşkilatda
islahatların aparılmasının
zəruriliyini daim bildirir. Məhz buna görə
də rəsmi Bakı BMT-nin XXI əsrdə olacaq təhdid və problemlərə qarşı
mübarizə apara bilməsi üçün
təşkilat daxilində
islahatların həyata
keçirilməsi ilə
bağlı illər öncə təkliflər
irəli sürmüşdür.
Hələ 2003-cü ilin
sentyabrında BMT Baş
Məclisinin 58-ci sessiyasında
iştirak edən cənab İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb
proseslərin cərəyan
etdiyi dövrdə üzvlərinin arasında
qarşılıqlı anlaşılmazlıqların
meydana çıxmaması
üçün BMT TŞ-nin
şəraitə uyğun,
çevik və adekvat münasibət göstərə bilməsinin
vacibliyini qeyd edərək mövcud BMT mexanizmlərinin zamanın
tələbinə cavab
vermədiyini vurğulamış
və bununla bağlı təşkilat
daxilində islahatların
mühüm məsələyə
çevrildiyini bildirmişdir.
Azərbaycan BMT mexanizmlərinin yenidən işlənməsini, xüsusilə də Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılmasını təklif etmişdir. Beynəlxalq aləmdə BMT-nin rolunun artırılmasına və mövcud problemlərin həllində daha təsirli tədbirlərin görülməsinə nail olmaq üçün əlavə addımların atılması zərurətini Azərbaycan BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında yenidən gündəliyə gətirmişdir. Sessiyada Prezident İlham Əliyev “Təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir” - deyə bildirmişdir.
Budur, Azərbaycanın BMT-də islahatlarla bağlı təklif və təşəbbüsləri beynəlxalq səviyyədə dəstək qazanır. BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində təşkilatın baş qərargahında keçirilən “BMT islahatlarına dair siyasi bəyannaməyə dəstək” adlı yüksək səviyyəli tədbirdə bir çox dövlət başçılarının iştirakı bunu təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi tədbirdə qeyd olunub ki, bürokratiya və qeyri-səmərəli idarəçilik BMT-yə tam gücü ilə çalışmağa imkan vermir. BMT-nin Baş katibi Antonio Quterreş BMT-də islahatların həyata keçirilməsinin, təşkilatın işinin daha səmərəli icra edilməsinin vacibliyini vurğulayıb.
BMT-nin fəaliyyətində daha işlək mexanizmlərin tətbiqinin vaxtı çatıb. Bu, zamanın tələbidir. BMT dövlətlərin hüquq və mənafelərinin həqiqətən etibarlı təminatçısı olduğunu, beynəlxalq münasibətlər sisteminin aparıcı subyekti olduğunu öz layiqli fəaliyyəti ilə təsdiq etməlidir.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-
2017.- 20 sentyabr.- S.1-2.