Azərbaycanın
və Rusiyanın Daxili İşlər nazirlikləri
arasında əlaqələr möhkəmlənir
Azərbaycan Respublikasının
daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti
ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin
Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə
Baş İdarəsinin rəisi, polis general-leytenantı Sergey
Umnovun rəhbərlik etdiyi nümayəndə heyəti
ölkəmizə işgüzar səfərə gəlib.
Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 19-da
nümayəndə heyəti Fəxri xiyabana gələrək,
xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini
dərin ehtiramla yad edərək məzarı önünə
əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik
Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq
məzarı üstünə tər çiçəklər
düzülüb.
Sonra daxili işlər naziri Ramil
Usubov ilə Sergey Umnovun görüşü olub.
Nazir R.Usubov Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin siyasi iradələrinə
uyğun olaraq, son illər qarşılıqlı səfərlər,
yüksək səviyyəli görüşlər,
aparılan danışıqlar nəticəsində ölkələrimiz
arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq
münasibətlərinin daha da inkişaf etdiyini məmnunluqla
vurğulayıb. Bu kontekstdə Rusiya Federasiyasının
daxili işlər naziri Vladimir Kolokoltsevin
başçılıq etdiyi nümayəndə heyətinin
ötən ilin dekabrında Bakıya rəsmi səfəri,
2017-2019-cu illərdə Daxili İşlər nazirlikləri
arasında qarşılıqlı yardım haqqında
protokolun imzalanması, müxtəlif istiqamətlərdə,
o cümlədən cinayətlərin açılması,
axtarışda olanların tutulması, onların ekstradisiyası,
sərhədyanı regionlarda birgə
razılaşdırılmış tədbirlərin təşkili
diqqətə çatdırılıb.
Rusiya Federasiyasının Daxili
İşlər Nazirliyi, o cümlədən Sankt-Peterburq
şəhəri və Leninqrad vilayəti üzrə Baş
İdarə ilə əlaqələrin daha da möhkəmləndirilməsinə,
xüsusən kadr hazırlığı, məlumat və təcrübə
mübadiləsinə ciddi diqqət yetirildiyini bildirən nazir
əməliyyat-xidməti fəaliyyətin əsas istiqamətləri
üzrə əməkdaşlığın genişlənməsində
Azərbaycan tərəfinin qərarlı olduğunu, bu səfərin
ikitərəfli münasibətlərin inkişafına
töhfə verəcəyinə əminliyini bildirib.
Polis general-leytenantı Sergey Umnov əməkdaşlığın
dərinləşdirilməsində rəhbərlik etdiyi
qurumun da maraqlı olduğunu vurğulayıb, səfərinin
bu prosesə böyük təkan verəcəyinə əminliyini
bildirib.
Görüşdə qarşılıqlı
maraq doğuran digər məsələlər də
müzakirə edilib.
Səfər çərçivəsində
rusiyalı qonaqlar Daxili İşlər Nazirliyinin “102-Zəng
Mərkəzi” və “Təhlükəsiz şəhər”
xidmətlərinə, həmçinin Əlahiddə
Çevik Polis Alayına gedərək, həmin qurumların
işi və fəaliyyət istiqamətləri ilə
yaxından tanış olublar.
Azərbaycan.-
2017.- 20 sentyabr.- S.3.