Azərbaycan dünyanın enerji təhlükəsizliyinə töhfəsini artırır

 

Müasir Azərbaycan tarixində sentyabrın 20-nin öz önəmi var. Bu, xalqımız üçün əlamətdar bir gündür. 23 il əvvəl sentyabrın 20-də Azərbaycanın yeni neft strategiyasına start verən “Əsrin müqaviləsi” imzalanıb. Ümummilli lider Heydər Əliyevin hər il sentyabrın 20-də Azərbaycan neftçilərinin peşə bayramlarının qeyd edilməsi qərarı da həmin tarixdən qaynaqlanıb. 3 il əvvəl isə sentyabrın 20-də Azərbaycanda daha bir mühüm hadisə baş verdi. Səngəçal terminalında Avropanın enerji xəritəsini dəyişdirəcək “Cənub qaz dəhlizi”nin təməli qoyuldu.

 

Getdikcə zənginləşən müqavilə

 

1994-cü il sentyabrın 20-də ulu öndər Heydər Əliyevin təşəbbüsü və gərgin səyi ilə SOCAR və dünyanın 11 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalandı. Sonralar bu saziş “Əsrin müqaviləsi” adını aldı.

“Əsrin müqaviləsi”nin reallaşması təkcə Azərbaycan üçün deyil, Qərbin bir sıra aparıcı dövlətləri, habelə Cənubi QafqazOrta Asiya regionu üçünstrateji əhəmiyyət kəsb etdi. Bu saziş regionda digər qlobal layihələrin gerçəkləşməsinə yol açdı, Qərb dövlətlərinin Azərbaycanla bütün sahələrdə genişmiqyaslı əməkdaşlığa marağını artırdı, beynəlxalq maliyyə qurumları ilə münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu.

Yeni neft strategiyası Azərbaycanın qədim neft-qaz ölkəsi kimi şöhrətini özünə qaytardı, dövlətimizin uzunmüddətli, davamlı inkişafına zəmin yaratdı. Azərbaycanın dinamik inkişaf edən, güclünüfuzlu ölkəyə çevrilməsində müstəsna rol oynayan bu strateji kurs Azərbaycan dövlətinin iqtisadi-siyasi qüdrətinin və beynəlxalq birliyə inteqrasiyasının, xalqımızın durmadan yüksələn sosial rifahının təminatçısı oldu. Ölkədə aparılan genişmiqyaslı quruculuq işləri, respublikanın beynəlxalq aləmdə qazandığı uğurlar həmin uzaqgörən konsepsiyanın təntənəsinə aydın misaldır.

“Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neftin hasil edilməsindən 20 il keçir. Bu gün AÇG müqavilə sahəsində 8 platforma fəaliyyət göstərir. Onlardan 6-sı hasilat, 2-si texnoloji platformadır. AÇG kompleksindən gündə orta hesabla 585 min barel neft çıxarılır, dənizdən sualtı xətlərlə Səngəçal terminalına nəql olunurburadan ixrac marşrutları ilə dünya bazarlarına yol alır.

Azərbaycanın yeni neft strategiyası düzgünböyük uzaqgörənliklə müəyyən olunmuş bir xətt olduğu üçün getdikcə inkişaf edir, yeni bəhrələr verir. Bu günlərdə AÇG üzrə yeni müqavilənin imzalanması bunu bir daha sübut etdi. AÇG-nin əvvəlki tərəfdaşları ilə razılaşdırılmış şərtlər əsasında layihənin müddəti əsrin ortasınadək uzadıldı. Beləliklə, növbəti 32 il ərzində AÇG blokunun Azərbaycana gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq. Yeni müqavilənin şərtləri 23 ildən bəri ölkəmizin artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaşların Azərbaycana inamını təsdiqləyir və bu müddət ərzində formalaşmış beynəlxalq tərəfdaşlığı yeni müstəviyə qaldırır.

Sözügedən yataqlar blokundan 20 il ərzində 440 milyon ton neft hasil edilib. Hesablamalar göstərir ki, burada hələ 1 milyard ton neft ehtiyatı var. Bu isə növbəti gəlirlər, geniş infrastruktur, yeni yerləri, bir sözlə, yeni inkişaf deməkdir.

 

Avropaya dəhliz açmaq təşəbbüsü gerçəkləşir

 

Üç il əvvəl - “Əsrin müqaviləsi”nin 20 illiyi qeyd edilən günCənub qaz dəhlizi”nin təməli qoyuldu. Prezident İlham Əliyevin dediyi kimi: “Təbii ki, bu günCənub qaz dəhlizihaqqında danışarkən biz 1990-cı illərdə görülmüş işləri mütləq qeyd etməliyik... Əgər 1990-cı illərin ortalarında üçtərəfli format yaranıbdırsa, - Azərbaycan-Gürcüstan-Türkiyə, - bu gün bu format genişlənir Cənub qaz dəhlizi”nin üzv ölkələri müxtəlif qurumları təmsil edirlər. Yenə Azərbaycan-Gürcüstan-Türkiyə Avropa İttifaqına üzv ölkələr - Bolqarıstan, Yunanıstan, İtaliya Albaniya - artıq 7 ölkəCənub qaz dəhlizi”nin üzvüdür Balkan ölkələri bu layihəyə maraq göstərirlər”.

İndi Azərbaycan dünyada həm qaz ixrac edən ölkə kimi tanınır. Xəzərin Azərbaycan sektorundakıŞahdənizyatağından 10 ildən çoxdur mavi yanacaq hasil olunur. Cənubi Qafqaz Boru Kəməri (CQBK) 2006-cı ilin ortalarında istifadəyə veriləndən bəri “Şahdəniz-1” qazını Azərbaycana Gürcüstana çatdırır. 2007-ci ilin iyul ayından isə bu kəmərlə qaz həm Türkiyəyə nəql olunur. Belə ki, Gürcüstan-Türkiyə sərhədində CQBK-ya əlavə kəmər birləşdirilir o, Azərbaycan qazını Ərzurumadək aparır. Səngəçaldan başlayaraq Azərbaycanın ərazisində 443, Gürcüstanda 248 Türkiyədə 280 kilometr məsafə boyu uzanan bu boru xətti bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. İndi gerçəkləşənCənub qaz dəhlizi”nin möhkəm bünövrəsi, uğurlu başlanğıcı məhz bu kəmərdir.

Beləliklə, bu dəhliz möhkəm bünövrəyə əsaslanır onun birinci hissəsi əslində 2007-ci ildə istifadəyə verilmişdir.

Gələn il “Şahdəniz-2”dən alınacaq qazı nəql etmək üçün CQBK-nın genişləndirilməsi yekunlaşmaq üzrədir. Transanadolu Qaz Boru Kəmərinin (TANAP) Transadriatik Qaz Boru Kəmərinin (TAP) çəkilişi davam edir.

Avropanın bir çox ölkələrindəki istehlakçıların Azərbaycan qazını alacaqları gün uzaqda deyil.

 

Bayramın mübarək, neftçi qardaş!

 

Sentyabrın 20-si həm Azərbaycan neftçilərinin peşə bayramı günüdür. Bu, qurudakı mədənlərdə, dənizdəki estakada meydançalarda, özül platformalarda çalışan fədakar insanların bayramıdır.

Hələqara qızıl”ın kustar üsulla çıxarıldığı zamanlardan Bakı neftçisi öz hünəri ilə tanınıb. Çünki Azərbaycan dünya neft sənayesinin beşiyidir. Neft ilk dəfə sənaye üsulu ilə bizim ölkədə çıxarılıb, emal edilib, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql olunub. Bakıda sənaye üsulu ilə ilk neft quyusunun qazılmasından iki əsrə yaxın vaxt keçir.

Bibiheybət mədəninin ərazisində sənaye üsulu ilə qazılmış ilk quyunun bərpası bu ilin əvvəlində başa çatdı.

Dünyada ilk neft quyusunun Xəzər dənizinin sahilində qazılması faktı Qafqaz canişini knyaz Mixail Vorontsovun 1847-ci ilin iyul ayında imzaladığı hesabatlarda da öz təsdiqini tapır. Belə ki, 1846-cı ilin yanvarında Bakı neft duz mədənlərinin direktoru, dağ mühəndisləri korpusunun polkovnik-leytenantı Nikolay Voskoboynikovun rəhbərliyi ilə Bibiheybət yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir bununla da dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.

1861-ci ildə isə akademik Q.Abix Xəzərin qoynundakı Pirallahı adasında yeraltı sərvətlərin olduğu haqqında ilk geoloji məlumatları verib. O sübut edib ki, Pirallahıda zəngin neft ehtiyatları var. Tarixi mənbələr burada hələ 1870-ci ildə neft istismar quyusunun olduğu barədə xəbəri təsdiqləyir. Həmin vaxt ərazidə dərinliyi 132 metr olan quyudan neft çıxarılıb.

Azərbaycan neftinin Bibiheybətdən, Balaxanıdan, Ramanıdan, Pirallahıdan başlanan salnaməsiAzəri-Çıraq-Günəşlikimi nəhəng yataqlar blokuna qədər gəlib çatıb yeni-yeni səhifələrlə zənginləşməkdədir.

İlkqara qızılquyularının qazıldığı vaxtdan bəri Azərbaycan neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi, çıxarılan karbohidrogenlərin nəqli sahəsində çox ilklərə imza atıb.

Bu illər ərzində Azərbaycan neftçiləri çox uğurlar qazanıblar.

İkinci Dünya müharibəsi zamanı faşistlərin üzərinə şığıyan tanklar təyyarələr Bakı nefti ilə hərəkətə gəlib.

Müharibə qurtarandan bir neçə il sonra, 1949-cu ildə Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlayıb. Xəzərin qoynunda dünyada analoqu olmayan dəniz şəhəri - Neft Daşları salınıb. Onu haqlı olaraqMöcüzələr adasıadlandırıblar.

Bu gün təbiət Azərbaycan neftçisinə daha bir şans verib. O, eyni zamanda ehtiyatları onilliklərə hesablanmış təbii qaz hasil edir. Bu, neftçilərimiz üçün həm bir sınaqdır, bundan da uğurla çıxacaqlar.

Torpağın təkindən dənizin dibindən təbiətin Azərbaycana bəxş etdiyi əvəzsiz nemətləri - “qara qızıl”ı mavi yanacağı üzə çıxaran neftçi qardaş! Sən bu gün hünərinlə zəhmətinlə çiyninə düşən vəzifəni layiqincə yerinə yetirirsən. Bibiheybət, Binəqədi, Qaradağ, Balaxanı digər quru ərazilərdəki köhnə mədənlərdə hasilatı sabit saxlamaq üçün var gücünlə çalışırsan. SorağınGünəşli”dəki, “Çıraq”dakı, “Azəri”dəki, “Şahdəniz”dəki ən müasir platformalardan gəlir. Şahdəniz”də, AÇG- yolunu yeni platformalar gözləyir.

Çıxardığın neft qazla Azərbaycanın gücünü, sərvətini artırırsan.

Hünər meydanın qurudakı mədənlərdisə, qoy qışın şaxtası səni üşütməsin, yayın qızmarı səni yormasın.

Xəzərin qoynundasansa, qoy dəli-dolu dalğalar sakitləşsin, tufanlar yatsın.

Torpağın təkindən, dənizin dibindən çıxardığın nemət tükənməsin. Məhsulun həmişə bol dəyərli, qazancın uğurların çox olsun...

 

Flora SADIQLI,

 

Azərbaycan.- 2017.-20 sentyabr.- S.6.