Malta Respublikasının Prezidenti
Zati-aliləri xanım
Mari-Luiz Koleyro Prekaya
Hörmətli xanım
Prezident,
Malta Respublikasının
milli bayramı – Müstəqillik Günü
münasibətilə Sizi
və xalqınızı
şəxsən öz
adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan-Malta münasibətləri bundan
sonra da dostluq və əməkdaşlıq ruhunda
inkişaf edəcəkdir.
Bu əlamətdar
gündə Sizə möhkəm cansağlığı,
işlərinizdə uğurlar,
dost Malta xalqına daim
əmin-amanlıq və
firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 18 sentyabr 2017-ci il.
Azərbaycan.-
2017.- 21 sentyabr.- S.2.