Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Enrike
Penya Nyetoya
Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş dəhşətli zəlzələnin doğurduğu çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbəri kədər hissi ilə qarşıladım.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 20 sentyabr 2017-ci il.
Azərbaycan.-
2017.- 21 sentyabr.- S.2.