Yeni Azərbaycan Partiyası Mərkəzçi Demokratlar İnternasionalı ilə əməkdaşlığı
genişləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Mərkəzçi Demokrat İnternasionalının vitse-prezidenti Mario Davidi və qurumun Avrasiya, Asiya-Sakit okean ölkələri üzrə baş koordinatoru Sezar Rossellonu qəbul edib.
AZƏRTAC xəbər
verir ki,
görüşdə Mərkəzçi Demokrat
İnternasionalı ilə Yeni Azərbaycan
Partiyası arasında əməkdaşlıq əlaqələrinin
vəziyyəti və inkişaf perspektivləri
müzakirə edildi, Azərbaycanda son vaxtlar həyata
keçirilən islahatlar, atılan
addımlar, ölkəmizdə tolerantlıq və multikulturalizm sahəsində aparılan işlər
ətrafında fikir mübadiləsi
aparıldı.
Azərbaycan.- 2017.- 29 sentyabr.- S.1.