"Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq konfrans keçirilib

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən iqtisadi inkişafın dayanıqlılığını və davamlılığını təmin edə biləcək mühüm bir sənəd kimi dəyərləndirilən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi"ndə nəzərdə tutulmuş kompleks tədbirlər sırasında hesabatlılığın təkmilləşdirilməsi və şəffaflığın artırılması xüsusi vurğulanıb.

AZƏRTAC xəbər verir ki, bu sahədə mövcud problemlərin həlli yollarını araşdırmaq, qabaqcıl təcrübədən bəhrələnməklə müvafiq tövsiyələrin hazırlanması məqsədilə Auditorlar Palatası və Azərbaycan İqtisadçılar İttifaqının təşkilatçılığı ilə sentyabrın 22-də "Azərbaycan iqtisadiyyatının strateji yol xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda 15 ölkənin 65 qurumundan 150 nümayəndə iştirak edib.

Konfransda çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan, yenidənqurma və quruculuq işlərindən, hesabatlılıq və şəffaflıq sahəsində aparılan işlərin əhəmiyyətindən danışıb. Bildirib ki, dünyada baş verən hadisələri izləyərkən şəffaflığın pozulmasının, korrupsiyaya qarşı mübarizənin zəif olmasının dünyanın bir çox ölkələrində təlatümlü problemlər yaratdığını, sosial gərginliyi artırdığını, bütövlükdə iqtisadi tərəqqinin qarşısını aldığını görürük.

Ziyad Səmədzadə deyib ki, Azərbaycanda iqtisadi islahatların yeni mərhələsinin başlanması ilə əlaqədar gərgin işlər aparılır. Strateji yol xəritəsi mühüm fundamental sənəddir, iqtisadi inkişafın, sosial həyatın bütün sahələrini əhatə edir. Bu yaxınlarda aparılan monitorinq və qiymətləndirmələr bir daha sübut edir ki, Azərbaycanda dövlət nəzarət sistemi uğurla davam etdirilir, sistemin təkmilləşdirilməsi istiqamətində cəsarətli addımlar atılır. Bütün bunlar ölkəmizdə iqtisadi inkişafın, sosial tərəqqinin daha da genişlənməsinə imkan yaradacaq.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov qeyd edib ki, 2016-cı ilin dekabrında Prezident İlham Əliyev tərəfindən "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi" təsdiq olunub. Dövlətimizin başçısının iqtisadi siyasətinin, o cümlədən strateji yol xəritəsinin əsasını da hesabatlılıq və şəffaflıq prinsipi təşkil edir. Bu yaxınlarda ölkə başçısının tapşırığı ilə strateji yol xəritələrinin bu ilin altı ayında icrasının ilkin nəticələri, monitorinq və qiymətləndirmə nəticələri açıq şəkildə mətbuatda dərc olunub. Bugünkü tədbir Prezident İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilir. Bu tədbirdə beynəlxalq nümayəndələrin iştirakı dövlətimizin başçısı tərəfindən Azərbaycanda həyata keçirilən islahatlara, o cümlədən hesabatlılıq və şəffaflıq tədbirlərinə olan diqqəti özündə ehtiva edir.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi - şöbə müdiri Natiq Əmirov Prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı müraciətini oxuyub.

Auditorlar Palatasının sədri Vahid Novruzov deyib: "Dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb ki, bunların da içərisində şəffaflığın yüksəldilməsi, bununla əlaqədar hesabatlılığın, uçotun və nəzarət sisteminin təkmilləşdirilməsi müstəsna əhəmiyyət daşıyır. Bugünkü tədbir bu problemlərin həllində ölkəmizin elmi-praktik potensialından bəhrələnmək məqsədi daşıyır".

V.Novruzov diqqətə çatdırıb ki, bugünkü tədbirdə mövcud problemlər göstərilməklə bərabər müasir şəraitdə iqtisadiyyatda hesabatlılığın və şəffaflığın səviyyəsinin yüksəldilməsi üzrə çox mühüm konkret təklif irəli sürülüb ki, onlar da konfransımızın tövsiyələrinə daxil edilib. Ümidvarıq ki, tövsiyələrin tətbiqi ölkəmizin müasirləşməsinə və zənginləşməsinə yönəldilən yol xəritəsində nəzərdə tutulan islahatların reallaşmasına öz töhfəsini verəcək və burada iştirak edən beynəlxalq qurumların nümayəndələri əldə etdiyi təcrübəni öz ölkələrində tətbiq etmək imkanı qazanacaqlar.

Azərbaycan Respublikasının baş prokurorunun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş idarəsinin rəisi Kamran Əliyev qeyd edib ki, korrupsiyaya qarşı mübarizə elə bir məsələdir ki, burada ən əsas amil siyasi iradədir. Tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində düzgün siyasi iradə mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin tərkib hissəsi məhz korrupsiyaya qarşı mübarizədir. 2003-cü ildən etibarən Azərbaycan Respublikası güclü siyasi iradə nümayiş etdirərək bu sahədə mövcud olan bütün beynəlxalq və regional konvensiyalara qoşulub. Həmin bu konvensiyalara qoşulmaqla yanaşı, hətta onların bütün müddəaları Azərbaycan qanunvericiliyinə implementasiya edilib. Hazırda əminliklə deyə bilərik ki, respublikamızda korrupsiyaya qarşı mübarizə sahəsində çox mütərəqqi və müasir qanunvericilik bazası mövcuddur. Qanunvericilik məsələsi daim dinamik bir prosesdir.

K.Əliyev deyib ki, korrupsiyaya qarşı mübarizə sahəsində 2003-cü ildən bu günədək 3 dövlət proqramı qəbul edilib, onların müddəaları müvəffəqiyyətlə icra edilib. Hazırda "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" mövcuddur. Biz hazırda onun implementasiyası ilə məşğuluq. "Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üzrə ən son Milli Fəaliyyət Planı" da özündə korrupsiyaya qarşı mübarizə məsələlərini ehtiva edir.

Azərbaycanda mövcud olan güclü antikorrupsiya sahəsində siyasi iradə qanunvericilikdən başqa digər mühüm məsələlərə də söykənir. Onlar bazalar üzərində qurulub ki, bu da, ilk növbədə, idarəçilikdə şəffaflıqdır. İdarəçilikdə şəffaflıq deyəndə korrupsiyaya qarşı mübarizə sahəsində səmərəli qabaqlayıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Prezident İlham Əliyevin təşəbbüsü ilə 2012-ci ildə yaradılmış Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") mərkəzlərinin səmərəli fəaliyyətini xüsusi qeyd etməliyik. Əminliklə deyirəm ki, “ASAN xidmət"in yaranmasından və bu qurumun Azərbaycanın müxtəlif coğrafi ərazilərini və fəaliyyət sahələrini əhatə etdikdən sonra həmin sahələrdə korrupsiya sıfıra enib. Biz bunu gündəlik fəaliyyətdə də görürük. Əgər əvvəllər Baş Prokurorluğa buya digər xidmət sahəsi ilə bağlı şikayətlər daxil olurdusa, artıq "ASAN xidmət" mərkəzlərinin əhatə etdiyi sahələrdə və regionlarda bununla bağlı bizə heç bir məlumat daxil olmur. "ASAN xidmət" mərkəzləri alternativ xidmət növüdür. "ASAN xidmət" Azərbaycan brendi kimi qəbul edilib. Prezident İlham Əliyev bu xidmətlərin inkişafına xüsusi diqqət yetirir", - deyə K.Əliyev qeyd edib.

Azərbaycan güclü iqtisadiyyata malikdir. Ölkəmizdə bütün sahələrdə inkişaf davam edir. Biz öz fəaliyyətimizdə çalışırıq ki, iqtisadi islahatların həyata keçirilməsində yaxından iştirak edək və öz təkliflərimizi verək.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov "Şəffaflığın təmin edilməsində insan kapitalı amili" mövzusunda məruzə ilə çıxış edib. Qeyd edib ki, iqtisadiyyatda şəffaflığın artırılması və informasiyaya çıxış imkanlarının genişləndirilməsi prosesi fasiləsiz prosesdir. Bu baxımdan da bütün ölkələr üçün daim aktual mövzular sırasındadır. Azərbaycanın Strateji Yol Xəritəsində də iqtisadiyyatda şəffaflığın və açıqlığın artırılması prosesinə xüsusi yer verilib. Belə ki, qeyd olunan sənəddə fiskal siyasətin səmərəliliyinin yüksəldilməsi, qanunların icra mexanizminin təkmilləşdirilməsi istiqamətində şəffaflıq və hesabatlılıq məsələlərinə xüsusi önəm verilib. Biznes mühitinin cəlbediciliyinin artırılması və bununla bağlı konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Ə.Muradov deyib: "Tədqiqatlar göstərir ki, iqtisadiyyatın sərbəst düşüncəli və demokratik prinsiplərə yiyələnmiş peşəkar kadrları artdıqca həmin iqtisadiyyatda açıq və şəffaflıq səviyyəsi də yüksəlir. Bu gün ölkədə insan kapitalı, ilk növbədə, təhsil sistemi ilə bağlıdır və qarşıda duran əsas vəzifə kimi dayanır. Təhsil müəssisəsi insan kapitalının formalaşdırılması üzrə ixtisaslaşmış müəssisədir".

Rektor bu istiqamətdə UNEC-də görülən işlərdən bəhs edib, aparılan islahatlardan söz açıb.

"SOCAR yüksək işgüzar nüfuzuna mənfi təsir edəcək, onun bazardakı mövqeyini zəiflədəcək halların önünə keçmək üçün şəffaflığın artırılması ilə bağlı səylərini daha da artırıb. Şirkət korrupsiya ilə mübarizə fəaliyyətinin artırılması üzrə standartlar hazırlayaraq tətbiq edir. Hər bir standartda şəffaflığın artırılması əsas götürülməklə korrupsiya ilə mübarizə, bu halların minimuma endirilməsi və digər müxtəlif məqamları əks olunub", - deyə SOCAR-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

S.Qasımovun sözlərinə görə, SOCAR korporativ idarəetmə prinsiplərinin tətbiqi istiqamətində beynəlxalq təcrübədən yararlanır: "Bu prinsiplər əsasən SOCAR-ın idarəetmə orqanlarının vəzifə və səlahiyyətlərini müəyyən etməklə fəaliyyətindəki effektliyin artırılmasına, aparılan əməliyyatların şəffaflığının təmin olunmasına şərait yaradıb. Həmin prinsiplər həm də idarəetmənin qabaqcıl təcrübəyə uyğunlaşdırılması, fəaliyyətin səmərəliliyinin artırılması, dövlətin və digər maraqlı tərəflərin mənafelərinin qorunmasını təmin edib.

AMEA-nın müxbir üzvü Akif Musayev çıxışında aparılan islahatların iqtisadi inkişaf üçün çox vacib olduğunu deyib. Bildirib ki, iqtisadi inkişafın ayrı-ayrı mərhələlərində müxtəlif səpkili islahatların aparılması zərurəti yaranıb. Bunların əsasında 3 amil - hər bir subyekt üzrə fərdi proqram, institusional normaqaydalar, həmçinin cəmiyyət tərəfindən bəyənilmiş strategiyalar dayanır. Hər üç amil üzrə sənədlərdə hesabatlılıq əksini tapır ki, bu da onların yerinə yetirilməsində şəffaflıq üçün çox vacib şərtdir. Aparılan islahatlar bu proqramların davamlılığından çox asılıdır.

Strateji Yol Xəritəsi qəbul olunan ərəfədə geniş ictimai müzakirələr aparılıb təklif və tövsiyələr səsləndirilib. Bütün təkliflər nəzərə alınmaqla hazırlanıb. Eyni zamanda, Strateji Yol Xəritəsində xüsusi olaraq hesabatlılıq da öz əksini tapıb ki, bu da şəffaflığın tərkib hissəsidir.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, müasir dövrün mühüm tələblərindən olan hesabatlılıq və şəffaflıq məsələlərinə həsr olunan bugünkü konfrans dövlət maliyyə nəzarəti sistemində xüsusilə əhəmiyyətlidir. Belə ki, bütün ölkələrdə zəruri dövlət maliyyə nəzarəti sisteminin yaradılması dövlət quruculuğunun əsas funksiyalarından biridir və dövlətin nəzarət mexanizminin tərkib hissəsidir. Effektiv dövlət maliyyə nəzarəti sistemi hər bir dövlətin iqtisadi və maliyyə stabilliyinin və davamlı inkişafının mütləq şərtidir. Məlumdur ki, dövlət maliyyə nəzarəti sistemi daxili və kənar maliyyə nəzarətindən ibarət ikipilləli sistemdir.

Daxili dövlət maliyyə nəzarəti dedikdə icra hakimiyyəti orqanlarının və ya təşkilatların öz fəaliyyətlərinə nəzarəti başa düşülür. Bu fəaliyyəti həm funksiyalarına nəzarət səlahiyyəti də həvalə edilmiş icra hakimiyyəti orqanı, həm də müstəsna nəzarət səlahiyyəti verilmiş ixtisaslaşdırılmış orqanlar yerinə yetirə bilər. Hər iki halda bu orqanlar müəyyən mənada yuxarı icra hakimiyyəti orqanı ilə tabeçilik münasibətində olduqlarından təşkilati müstəqilliyə malik olmurlar.

V.Gülməmmədov deyib: "Kənar nəzarət isə yoxlanan təşkilata, hakimiyyət orqanına və ya təsisata münasibətdən kənar olanonun strukturuna daxil olmayan müstəqil orqan tərəfindən həyata keçirilir. Kənar nəzarət orqanı dövlət auditini həyata keçirir, tabeli təsisat deyil, ümumdövlət xarakterlidir. O, özündə müəyyən maliyyə əməliyyatlarına gətirib çıxaran bütün qərarlar üzərində nəzarəti ehtiva edir. Dövlət auditinindaxili maliyyə nəzarətinin fəaliyyətlərinin obyektləri, subyektləri və həyata keçirilən nəzarətin nəticələrində xeyli fərqlər var. Bununla belə, dövlət auditidaxili maliyyə nəzarəti sıx qarşılıqlı təmasda olmalıdır, çünki bu, mövcud resurslardan daha səmərəli istifadə etməyə və bir-birinin funksiyalarını təkrarlamamağa imkan yaradır. Eyni zamanda, dövlət auditini həyata keçirən qurum həm təşkilati, həm maliyyə müstəqilliyinə malik olmalı və həyata keçirdiyi auditi dövlətin adından aparmalıdır.

"Dövlət auditinin artan əhəmiyyəti Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 2012-ci və 2014-cü illərdə qəbul edilmiş iki Qətnaməsi ilə də bir daha təsdiq edilib. Ali Audit Qurumlarının gücləndirilməsi yolu ilə dövlət idarəetməsində səmərəliliyin, nəticəliliyin və şəffaflığın təmin edilməsi haqqında olan bu qətnamələrdə ali audit qurumlarının dövlət idarəetməsinin səmərəliliyinin, hesabatlılığının, nəticəliliyinin və şəffaflığının inkişaf etdirilməsində əsas rol oynadığı qeyd edilib. Eyni zamanda, həmin sənədlərdə vətəndaşların mənafeyi naminə dövlət vəsaitlərinin effektiv yığılması və istifadəsi sahəsində kənar nəzarət orqanının yeribu orqanların gücləndirilməsi zərurəti vurğulanıb", - deyə palata sədri bildirib.

"Strateji yol xəritələrinin icrası prosesi: Mərkəzi Bankın fəaliyyətində hesabatlılıq və şəffaflıq məsələləri" mövzusunda məruzə ilə çıxış edən Mərkəzi Bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev diqqətə çatdırıb ki, qabaqcıl dünya təcrübəsi də göstərir ki, korporativ idarəetmənin ən mühüm təməl prinsiplərindən biri də şəffaflıq və hesabatlılıqdır. Ən mütərəqqi korporativ idarəetmə standartlarını öz işində daim rəhbər tutan Mərkəzi Bankda bu prinsiplərə böyük əhəmiyyət verilir. Mərkəzi Bank 1996-cı ildən öz fəaliyyətində maliyyə hesabatlılıq standartlarına tam keçidi təmin edib, 2000-ci ildən etibarən ölkənin bank sektorunda bankın rəhbərliyi ilə maliyyə hesabatlarının beynəlxalq standartları tam tətbiq olunur.

Strateji yol xəritələri üzrə Mərkəzi Banka həvalə olunmuş vəzifələri iki istiqamətdə qruplaşdırmaq olar: effektiv pul siyasəti rejiminin tətbiq edilməsi və dinamiksağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması. Effektiv pul siyasəti rejiminin tətbiqi iqtisadiyyatda neftin qiymətinin kəskin aşağı düşməsi ilə başlayan yenidənbalanslaşma prosesləri fonunda pul-məzənnə siyasətinin yeni çağırışlara uyğun olaraq sərtləşdirilməsi ilə bağlıdır. Mərkəzi Bank konservativ pul proqramına uyğun olaraq pul bazasının artım kanallarını nəzarətə götürüb.

"Faiz dərəcəsi alətinin transmissiya qabiliyyətinin yüksəldilməsi məqsədilə Mərkəzi Bank xüsusi monetar islahatlar proqramı hazırlayıb. Hazırda proqram Maliyyə Sabitliyi Şurası tərəfindən müzakirə olunur. Proqramın qəbulundan sonra ölkənin effektiv pul bazarının formalaşdırılması işləri başa çatdırılacaq", - deyə A.Quliyev diqqətə çatdırıb.

Dinamiksağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər maliyyə bazarlarında rəqəmsallaşmanın, bazar iştirakçılarının bilik və bacarıqlarının artırılmasına yönəldilib. Bu tədbirlərin məqsədi biznes subyektlərinin maliyyə resurslarına səmərəli çıxışının təmin edilməsi və iqtisadiyyatda maliyyə inklüzivliyinin artırılmasıdır.

Alim Quliyev deyib: "Rəqəmsal ödənişlərin genişləndirilməsi ilə əlaqədar beynəlxalq "Mastercard" təşkilatı ilə ciddi əməkdaşlığa başlanılıb. Hazırda rəqəmsal iqtisadiyyatın formalaşdırılması, rəqəmsal ödənişlərin genişləndirilməsi istiqamətində 3 illik dövrü əhatə edən geniş fəaliyyət proqramı hazırlanıb. Yaxın zamanlarda təsdiq olunaraq icrasına başlanılacaq".

Natiq Mərkəzi Bankın həyata keçirdiyi pul-məzənnə siyasəti, valyuta tənzimlənməsi sahələrində hesabatlılıq şəffaflıq məsələlərinə, son illər bu sahədə görülmüş işlərə, qarşıda duran vəzifələrə, eyni zamanda, strateji yol xəritələri ilə Mərkəzi Bankın məsul olduğu vəzifələrə toxunub.

Konfransda "Maliyyə məlumatlarında şəffaflıq: sifarişçilərınin maliyyə auditinə etimadının yüksəldilməsi", "Korporativ idarəetmədə hesabatlılıq və şəffaflıq", "Korrupsiyayaçirkli pulların yuyulmasına qarşı mübarizədə auditin rolu", "Yeni iqtisadi şəraitdə auditonun tətbiqi sahələrində ictimai etimadın təkmilləşdirilməsi", "Bələdiyyələrdə şəffaflığın artırılmasında auditin rolu və əhəmiyyəti" "Audit standartlarının tətbiqi təcrübəsi", "Korporativ idarəetmənin, şəffaflığın və hesabatlılığın təmin olunmasında oynadığı vacib rol" və s. mövzularda məruzələr dinlənilib.

Konfrans çərçivəsində Azərbaycan Respublikası Auditorlar Palatası ilə Rusiya Auditorlar İttifaqı və Estoniya Auditorlar Assosiasiyası arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

 

Azərbaycan.- 2017.- 23 sentyabr.- S.6.