Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin
baxdığı inzibati xətalar
haqqında işlər üzrə protokol
tərtib etmək səlahiyyəti olan vəzifəli
şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 2 may tarixli 663-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017 ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 5, maddə 765) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 15-ci hissəsində “221.1 və 221.4-cü” sözləri “221.1, 221.4, 221.8 və 221.9-cu” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 sentyabr
2017-ci il
Azərbaycan.- 2017.-24 sentyabr.-
S.2.