İlham Əliyevdən aqrar sektora növbəti böyük
töhfə
Kürdən çəkilən yeni magistral kanal 20 min hektardan artıq ərazisinin suvarılımasını
təmin edəcək
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev sentyabrın 24-də
Kür çayından
Neftçala magistral kanalı vasitəsilə Neftçala rayonunun əkin sahələrinə
suvarma suyunun verilməsi mərasimində
iştirak edib.
Salyan və Neftçala rayonlarının
əkin sahələrini
suvarma suyu ilə təmin etmək üçün
1949-cu ildə başlanğıcını
Kür çayından
götürən Akuşa
kanalı torpaq məcrada inşa olunub. Hazırda Akuşa kanalının xidmət zonasında Salyan rayonunun 18 min 600 hektar, Neftçala rayonunun 14 min 100 hektar suvarılan torpaq sahəsi mövcuddur. Kür çayından saniyədə 21 kubmetr su Akuşa kanalına
2 üzən və 1 stasionar nasos stansiyaları ilə verilir. Lakin Neftçala rayonunun qərb hissəsində yerləşən Xolqarabucaq,
Dördlər, Mürsəlli,
Xolqaraqaşlı, Xəzər
və Qırmızıkənd,
eləcə də Aşağı Surra kəndlərinin 13 min 400 hektar
əkin sahələrinə
qədər 47,5 kilometr
uzanan Akuşa kanalı uzun müddət istismar olunduğundan məcrası
genişlənib, nəticədə
su itkisi kəskin artıb və faydalı iş əmsalı xeyli aşağı düşüb. Yay aylarında Akuşa kanalı əsasən Salyan rayonunun ərazisində yerləşən
əkin sahələrini
suvarma suyu ilə təmin etmək gücündə
olduğu üçün
kanalın sonunda olan Neftçala rayonunun əkin sahələrinə suvarma
suyunun verilməsində
ciddi çətinliklər
yaranır. Ona görə də bu ərazilərdə kənd təsərrüfatı
bitkilərinin məhsuldarlığı
çox aşağı
olur. Neftçalanın
əkin sahələrinin
su təminatının
yaxşılaşdırılması məqsədilə 1988-ci ildə
Kür çayı üzərində nasos stansiyasının və Neftçala magistral kanalının tikintisinin layihə sənədləri
hazırlanıb. Layihənin
həyata keçirilməsi
ilə mövcud Akuşa kanalının
son hissəsində yerləşən
bu torpaqların Kür çayından nasos stansiyaları vasitəsilə su veriləcək Neftçala
magistral kanalından suvarma suyu ilə
təmin edilməsi, eyni zamanda, Salyan
rayonunda Akuşa kanalı ilə suvarma suyu verilən
mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına
imkan yaranacaqdı. Lakin keçmiş
SSRİ-nin süqutu ilə əlaqədar tikinti işlərinə başlanılması mümkün
olmayıb. Hazırda isə dünyada ərzaq təhlükəsizliyinin
təmin edilməsində
su ehtiyatlarından səmərəli istifadə
olunması önəmli
rol oynayır. Ölkəmizdə
də bu sahədə mövcud problemləri həll etmək və
qarşıda duran strateji məqsədə çatmaq
üçün elmi əsaslara söykənən təhlil
aparılaraq mühüm tədbirlər həyata
keçirilir. Neftçala magistral kanalının nasos
stansiyası ilə birlikdə tikintisi də belə layihələrdəndir.
Bu da göstərir ki, ölkədə kənd təsərrüfatı
istehsalının artırılmasında, əhalinin ərzaq
məhsulları ilə etibarlı təminatında
böyük rolu olan mövcud meliorasiya və su təsərrüfatı
fondlarının qorunub saxlanılması və onların
istismarının yaxşılaşdırılması, bu sahənin
müasir tələblər səviyyəsində daha da inkişaf
etdirilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyətinin sədri Əhməd Əhmədzadə
Prezident İlham Əliyevə görülən işlər
barədə məlumat verdi.
Bildirildi ki, 2004-2008-ci illər üzrə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramına daxil edilən “Neftçala rayonu üzrə
pambıqçılığın və
taxılçılığın inkişaf etdirilməsi” tədbirinin
icrasını təmin etmək məqsədilə “Meliorasiya
və Su Təsərrüfatı” ASC tərəfindən
“Neftçala magistral kanalının nasos stansiyası ilə
birlikdə tikintisi” layihəsinin icrasına 2006-cı ildə
başlanılıb. İşçi layihədə rayonun 13
min 400 hektar əkin sahəsinin su təminatını
yaxşılaşdırmaq üçün Kür
çayı üzərində saniyədə 14,4 kubmetr suyun
verilməsi üçün 6 və 2 aqreqatlı 2 üzən
nasos stansiyası, uzunluğu 7020 metr və diametri 1220 millimetr
olan dördxətli təzyiqli metal boru kəməri, təzyiqli
hovuz və uzunluğu 25 kilometrə yaxın olan dəmir-beton
üzlüklü kanalın qurğularla birlikdə tikintisi nəzərdə
tutulub. Neftçala rayonunda iri kənd təsərrüfatı
müəssisələrinin və aqroparkların
yaradılması ilə əlaqədar 5805 hektar azməhsuldar
qış otlaq, eləcə də 1000 hektar dəmyə torpaq
sahələrinə suvarma suyunun çatdırılması
layihəyə daxil edilib. Bu halda layihə zonasına daxil olan
torpaq sahəsi 20 min 205 hektar təşkil edir. Ayrılan vəsait
hesabına Kür çayında 6 aqreqatlı üzən
nasos stansiyası, onun elektrik təchizatı məqsədilə
29,1 kilometr uzunluğunda 35 kV-luq elektrik hava xətti, hərəsi
6300 KVA gücündə olmaqla 2 transformator
yarımstansiyası quraşdırılıb. Nasos
stansiyaları quraşdırılan ərazidə Kür
çayının sahilinin mühafizəsi məqsədilə
uzunluğu 204 metr olan ikicərgəli yığma dəmir-beton
və monolit dəmir-beton konstruksiyalı svaylarla bərkidilmə
işləri yerinə yetirilib. Eyni zamanda, Kür
çayından suyun Neftçala kanalına verilməsi
üçün nəzərdə tutulmuş dördxətli
metal boru kəmərinin ümumi uzunluğu 3550 metr olan iki xəttinin,
onların Salyan-Neftçala dəmir yolu və Baş
Mil-Muğan Kollektoru ilə kəsişmələrindəki
qurğularının və sonundakı təzyiqli hovuzun,
Neftçala magistral kanalının 13 min 490 metrlik hissəsinin
dəmir-beton üzlükdə tikintisi tamamlanıb.
Görülən işlər nəticəsində cari ildə
rayonun ümumilikdə 7772 hektar, o cümlədən
yığcam yerləşən 5805 hektar qış otlaq sahəsi
və 1000 hektar dövlət, bələdiyyə və
xüsusi mülkiyyətə məxsus yeni suvarılacaq torpaq
sahəsi su mənbəyi ilə təmin edilib, eləcə də
967 hektar mövcud əkin sahələrinin su təminatı
yaxşılaşdırılıb ki, bu da həmin ərazilərdə
pambıqçılığın, taxılçılığın
və digər kənd təsərrüfatı məhsullarının
inkişafına geniş imkanlar yaradıb. Növbəti mərhələdə
layihəyə uyğun Kür çayında iki aqreqatlı
üzən ikinci nasos stansiyasının və təzyiqli boru
kəmərinin qalan iki xəttinin, 11400 poqonmetr uzunluğunda
Neftçala magistral kanalının dəmir-beton üzlükdə
tikintisinin və digər işlərin başa
çatdırılması ilə Neftçala rayonunun daha
12433 hektar əkin sahələrinin su təchizatının
yaxşılaşdırılması təmin ediləcək.
Prezident İlham Əliyev əkin sahələrinə
suvarma suyunun verilməsini bildirən düyməni basdı.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2017.- 26 sentyabr.-
S.4.