"Cənab Prezidnt, Siz inqilabi
dönüş etmisiniz"
Pambıqçılar İlham Əliyevə
kənd təsərrüfatının
inkişafına genişmiqyaslı
dəstəyinə görə
təşəkkürlərini bildirdilər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Neftçala rayonu ərazisində fermer Əlihüseyn Hacıyevin pambıq sahəsi ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev fermer Əlihüseyn Hacıyevlə söhbət etdi.
Prezident İlham Əliyev: Xoş gördük, işləriniz necə gedir? Texnikanız da var.
Fermer Əlihüseyn Hacıyev: Çox sağ olun, cənab Prezident, Siz inqilabi dönüş etmisiniz. Sovet dövründə köhnə texnikalardan əzab-əziyyət çəkirdik. Bunlar hamısı təzə texnikadır. Gözəl şərait yaradılıb. Üç yüz hektar sahənin 150 hektarının məhsulunu maşınla yığacağıq, qalan 150 hektarın məhsulunu isə əllə toplayacağıq. Yüz nəfər işçimiz var. Bizim iş yerimiz pambıqçılıq olub. Siz bizi yenidən həyata qaytardınız. Kolxoz, sovxoz ləğv olunandan sonra işsiz qalmışdıq.
Prezident İlham Əliyev: İki il bundan əvvəl nə ilə məşğul idiniz?
Əlihüseyn Hacıyev: Demək olar ki, heç
nə ilə. Bir az taxıl, bir az yonca
əkirdik. O da olmurdu. Çünki növbəli əkin
sisteminə keçmişik.
Mən ixtisasca aqronomam. Nəvəm də Lənkəran Dövlət Universitetində
aqronomluq oxuyur. Gələcəyin aqronomudur. Allah
Sizə cansağlığı
versin.
Prezident
İlham Əliyev: Çox sağ
olun. Çox şadam ki,
işlər yaxşı
gedir.
Əlihüseyn Hacıyev: Cənab
Prezident, kolxoz dövründə ilin yekununda 13-cü maaş
alırdıq. İndi
Sizin verdiyiniz
subsidiya ondan qat-qat yüksəkdir. Üç yüz hektarın hər birindən orta hesabla 20 sentner məhsul götürsək bu, 600
ton edir. Təkcə buna
görə 60 min manat
subsidiya ala bilərik.
Bizim üçün
bundan böyük nə ola
bilər? Özüm də təqribən
200-300 min manat gəlir
götürürəm. Bundan böyük heç nə ola bilməz.
Allah Sizə cansağlığı
versin. Bütün bu imkanları
bizə Siz yaratmısınız. Bütün vergilərdən
azadıq, su pulsuzdur, 40 faiz güzəştlə texnika
almışam. Borcumuzu ödəyəndən
sonra iki becərmə traktoru alacağam, qoy özümün olsun.
Prezident
İlham Əliyev: Bu texnika bizdə istehsal olunur?
Əlihüseyn Hacıyev: Bəli,
hamısı Gəncədə
istehsal olunur. Cənab Prezident, gübrələrin hamısını
güzəştlə alırıq,
MMC ilə bağladığımız
müqaviləyə əsasən
bizə 70 faiz güzəştlə verilib.
Prezident
İlham Əliyev: Bu,
dünya standartlarına
uyğun ən müasir, ən güclü texnikadır.
Əlihüseyn Hacıyev: Bəli.
Cənab Prezident, səkkiz gündür sahəni dərmanlamışıq.
Qonşu
sahədə məhsul
yığırdı. Mən gedib onun yığımına
baxdım, heyran qaldım. Maşınla birinci yığımda
hektardan itkisiz 20-22 sentner məhsul əldə edilir. Bu, yüksək nailiyyətdir.
Allah qoysa, hektardan
ən azı 40 sentner pambıq verəcəyəm.
Prezident
İlham Əliyev: Çox yaxşı. Bu, rekord olacaq.
Əlihüseyn Hacıyev: İnşallah,
növbəti ildə
min hektarda pambıq əkəcəyəm. Ulu Öndər
1981-ci ildə Neftçala
rayonunda kənd zəhmətkeşləri ilə
görüşdə, - onda
mən gənc idim, gənclər briqadasına başçılıq
edirdim, - mənim adımı çəkmişdi.
Allahdan bir arzum var
ki, yüksək məhsul götürüm,
Siz başqa rayonlarda məni nümunə göstərəsiniz.
Prezident
İlham Əliyev: Yüksək məhsul götürsən mən səni təltif edəcəyəm.
Əlihüseyn Hacıyev: Çox
sağ olun,
minnətdaram, cənab
Prezident.
Prezident
İlham Əliyev: İndi su məsələləri
də həll olunur.
Əlihüseyn Hacıyev: Suyu
90 faiz güzəştlə
alırıq. Hər hektara
50 qəpik pul veririk. Bu da
o deməkdir ki, su pulsuzdur. Allah Sizi qorusun.
Allah Sizi bizim
başımızın üstündən
əksik eləməsin,
ailənizlə bir yerdə. Biz çox sabit, təhlükəsiz bir dövlətdə yaşayırıq.
Prezident
İlham Əliyev: Pambıq yetişib. Keyfiyyəti də yaxşıdır.
Əlihüseyn Hacıyev: Cənab
Prezident, biz o vaxt çiyidi 2-3 gün isladırdıq. Bu, Türkiyədən gətirilən
çiyiddir. Əkilməyi ilə cücərməyi
bir olur. Bu texnikaların bir
əhəmiyyəti də
odur ki, cənab Prezident, biz bir hektar da
seyrəltmə etməmişik.
Bu, bizim işimizi
həddindən artıq
yüngülləşdirir.
***
Sonra dövlətimizin
başçısı pambıqçılarla
görüşdü.
Prezident
İlham Əliyev: Sizi də təbrik
edirəm. Sizin üçün də yaxşı iş yeri yaradılıb. Biz pambıqçılığı
bərpa etmişik.
İndi pambıqçılıq geniş
vüsət alıb.
Hər şey dövlət tərəfindən təmin
olunur, texnikalar, gübrələr, suvarma işləri, hər şey, hamısı da güzəştlədir.
Əlihüseyn Hacıyev: Hamısı
güzəştlədir, cənab
Prezident, hər gün axşamçağı
yığdıqları məhsulun
pulunu ödəyirəm.
Prezident
İlham Əliyev: Hər gün tarla başında pulunuzu alıb gedirsiniz.
Əlihüseyn Hacıyev: Bəli,
hər gün alırlar.
Prezident
İlham Əliyev: Razısınız?
Pambıqçılar: Bəli, çox razıyıq.
Prezident
İlham Əliyev: Çox yaxşı.
Pambıqçılar: Çox sağ olun,
cənab Prezident, biz Sizə minnətdarıq.
***
Sonda xatirə şəkli
çəkdirildi.
Azərbaycan.- 2017.- 26 sentyabr.- S.4.