“Azərbaycan Respublikası ilə
Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə
Müştərək Komissiyanın Azərbaycan
Respublikası tərəfindən yeni tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 mart tarixli 2708 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 3, maddə 203; 2009, N 7, maddə 589; 2012, N 2, maddə 118, N 12, maddə 1293; 2014, N 2, maddə 112, N 6, maddə 644; 2016, N 8, maddə 1384, N 9, maddə 1518) 1-ci hissəsində “Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri” sözləri “Heydər Əsədov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Bolqarıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
25 sentyabr 2017-ci il
Azərbaycan.- 2017.-26 sentyabr.-
S.7.