Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici
işlər nazirlərinin görüşü
olub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.
XİN-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bununla bağlı Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib.
Görüş əsnasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklifinə uyğun olaraq, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.
Nazir Elmar Məmmədyarov münaqişənin həlli
üzrə substantiv
danışıqların davam etdirilməsi
üçün həmsədrlər tərəfindən
səsləndirilən bir sıra
maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini
bildirib. O, həmçinin münaqişənin
tezliklə həllinə nail olmaq üçün Azərbaycanın
məntiqli danışıqlara daim
hazır olduğunu bir
daha vurğulayıb.
Azərbaycan.- 2017.- 26 sentyabr.- S.7.