İlham Əliyevə
ümummilli etimad mandatı
1 il öncə referendumda Azərbaycan vətəndaşları Prezidentin
həyata keçirdiyi
Konstitusiya islahatlarına,
müstəqil siyasətə,
yeni inkişaf strategiyasına “HƏ” dedi
26-cı ildönümü
tamam olacaq müstəqillik tariximiz hazırda özünün
ən möhtəşəm
və güclü dövrünü yaşayır. Dünyanın yeni nüfuz və əməkdaşlıq
məkanına çevrilmiş
ölkəmiz həm də uzun illərdir
bölgənin şəriksiz
lider dövləti, iqtisadi güc mərkəzi, siyasi paytaxtıdır. Qlobal miqyasda
tüğyan edən sosial-iqtisadi çətinliklərin,
maliyyə çətinliklərinin
fəsadlarından qorunmaq
üçün həyata
keçirilən yeni iqtisadi kurs da
artıq öz səmərəli nəticələrini
verir.
Güclü dövlət
- güclü xalq - güclü hakimiyyət
Şübhəsiz, bu nailiyyətlərin əldə olunması asan başa gəlməyib. Antiazərbaycançı
şəbəkənin davamlı
hal alan
təfriqələri, dünya
erməniliyinin bitməyən
qərəzli kampaniyaları
qarşısında məğrurluqla
dirəniş göstərən
Azərbaycan və onun Lideri bütün
bu təxribatları puça çıxarmaqla
bərabər, ölkənin
hərtərəfli yüksəlişinə
də nail olmuşlar.
Prezident İlham
Əliyev dövlətin
əsas prioritetlərini,
daha doğrusu yürütdüyü böyük
mücadiləsinin manifestini
belə müəyyənləşdirib:
“Bizə təzyiqlər
ona görə artır ki, biz öz yolumuzla gedirik, heç kimin qarşısında baş əymirik, özümüzü ləyaqətlə
aparırıq, milli maraqlarımızı qoruyuruq,
Azərbaycan xalqının
maraqlarını hər
şeydən üstün
tuturuq və bu siyasət davam etdirilməlidir. Bu gün bu siyasət var, bu siyasəti mən aparıram və heç bir qüvvə məni bu yoldan
döndərə bilməz”.
Bu, İlham Əliyevin şəxsində
Azərbaycan dövlətinin,
Azərbaycan xalqının
mövqeyi, mübarizəsi
və qələbəsidir!
“Güclü dövlət - güclü
xalq - güclü hakimiyyət” formulunun real təzahürü də məhz bugünkü Azərbaycan, onun uğurları, beynəlxalq
nüfuzu, qlobal miqyasda daşıdığı
strateji əhəmiyyətdir!
Bu nailiyyətlərin
davamlılığını qorumaq üçün isə əsas şərt mütərəqqi
islahatların ardıcıllığını
təmin etmək, həmçinin onun qlobal çağırışlara
tam adekvatlığına, dünyanın
ən müasir, modern
tələblərini özündə
ehtiva etməsinə
nail olmaqdır. Bu baxımdan 1 il öncə
keçirilən referendum və
onun nəticələri
bu prosesin uğurlu gedişinə böyük töhfə verdi.
Dövlət idarəçiliyinin daha səmərəli və keyfiyyətli fəaliyyətinin
təmininə yönələn
Konstitusiya dəyişiklikləri
əslində Prezident
İlham Əliyevin
“2016-cı il dərin
islahatlar dövrü olacaq” məramının əsas leytmotivini təşkil etdi. Referendumaqədərki mərhələdə ölkədə
sosial-iqtisadi yönümdə
kompleks inkişaf strategiyası hazırlanmış,
müxtəlif sahələr
üzrə tətbiq edilmiş, onların hüquqi və qanunvericilik əsasları
hazırlanmışdır. Belə məqsədyönlü
tədbirlərin nəticəsi
olaraq qlobal böhranın fəsadlarının
aradan qaldırılmasına
əsasən nail olunmuş,
əhalinin sosial müdafiəsinin təminində
çətinliklərə rast gəlinməmiş, maliyyə durumunda sərt təsirlər yaşanmamışdı. Sosial-iqtisadi islahatların
ilkin nəticələri
uğurlu olmuş və ölkə rəhbəri bu prosesi “böhran şəraitində inkişaf”
kimi dəyərləndirmişdir.
Sosial-iqtisadi islahatlar
hüquqi-siyasi təkmilləşmə
prosesi ilə bir-birini tamamlayır
Azərbaycan sosial-iqtisadi inkişafı
hər zaman hüquqi-siyasi təkmilləşmə
və demokratikləşmə
ilə paralel aparıb. Bu iki
istiqamət bir-birini tamamlayıb və dövlət quruculuğunun
inkişaf vəhdətini
təşkil edib.
İqtisadi yüksəlişi
olmayan cəmiyyətdə
demokratik meyarların intişar tapması
mümkün olmadığı
kimi, mükəmməl
hüquqi-siyasi prinsiplərin
prioritet olmadığı
dövlətlərdə də
əsaslı sosial-iqtisadi
nailiyyətlər əldə
edilə bilməz.
“Azərbaycan
Respublikasının Konstitusiyasında
dəyişikliklər edilməsi
haqqında” Referendum Aktının
əsas müddəaları
da nümayiş etdirdi ki, son sosial-iqtisadi islahatların
davamı artıq dövlət quruculuğunun
hüquqi-siyasi istiqamətində
də aparılacaq. Hərbidən
sosial-iqtisadi yönümə,
hüquq və azadlıqlardan sahibkarlıq
fəaliyyətinə, qanunverici
hakimiyyətdən ali icra strukturunda yeni yüksək postun yaranmasınadək çoxsaylı
sahələrə aid dəyişiklikləri
və əlavələri
zəruri edən səbəblər yetərincə
idi. Əvvəla, bu tipli dəyişikliklər bütün
dövlətlər üçün
xarakterikdir və onlar mütəmadi olaraq bu təcrübədən
istifadə edirlər.
Qlobal miqyasdakı yeni sosial-siyasi-hüquqi yönümlü
çağırışlar, təhlükəsizlik məsələlərinin
ön plana çıxması, dövlət
idarəçiliyinin daha
müasir və effektiv trendlərinin geniş yayılması hər bir ölkəni
öz çoxspektrli fəaliyyət metodlarında
daha mükəmməl
yenilikləri təşviq
etməsinə zərurət
yaradır.
Digər tərəfdən,
demokratikləşmənin geniş
vüsət alması,
insan hüquq və azadlıqlarının
təminində bütün
məhdudiyyətlərin ləğvi,
xalq-hakimiyyət ünsiyyətinin
hər cür maneələrdən azad olunması, ən əsası isə dövlətin vətəndaşlarına
daha səmərəli
və keyfiyyətli xidmət göstərməsi
kimi mühüm proseslərin fonunda qanunvericilik bazasının
daim yeniləşməsi,
həmçinin konstitusiyalara
vacib əlavələrin
edilməsi mütləq
zərurət kimi ortaya çıxır.
22 il
öncə ümumxalq
səsverməsi ilə
qəbul edilən Azərbaycan Respublikasının
Konstitusiyasında ötən
müddət ərzində
iki dəfə dəyişiklik aparılıb.
2002-ci ilin 24 avqustunda Konstitusiyanın 22 maddəsinə
31, 2009-cu ilin 18 martında
isə 29 maddəyə
41 əlavə və dəyişiklik referendum yolu
ilə hüquqi qüvvəyə minib. Ötən il
isə Azərbaycan vətəndaşları Əsas
Qanuna edilən 29 əlavə və dəyişikliyə müsbət
rəy verdi.
Dövlət quruculuğunun
keyfiyyətcə yeni mərhələsi
Bir il
öncə “Azərbaycanda
dövlət quruculuğunun
keyfiyyətcə yeni mərhələsi başlayır”
- deyənlər yanılmadılar.
Həqiqətən də
Konstitusiya islahatlarının
nəticələri ölkədə
köklü islahatlara,
yeniliklərə təkan
verdi, dövlətin
mövcudluq və müstəqilliyin davamlılıq
şərtlərini təmin
edən amilləri gücləndirdi.
Referendumda ümumxalq dəstəyi qazanan müddəalar əsasında Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyinatı da ilk andan etibarən vətəndaşların rəğbəti
və məmnunluğu,
dünya ictimaiyyətinin
isə təqdiri ilə qarşılandı. Vətənə, dövlətə və xalqa layiqli xidmət
missiyası ilə fəaliyyətinin yeni mərhələsinə qədəm
qoyan Mehriban Əliyeva ötən 7 aylıq dövrdə ona olan ümummilli
inamı və Prezidentin etimadını yüksək peşəkarlıqla
doğruldaraq bu təyinatın doğruluğunu
təsdiqlədi.
Xalqın yüksək fəallığı,
mütləq dəstəyi
ilə baş tutan referendum tariximizin növbəti şanlı
səhifəsinin ilk sətirlərinə,
dövlət quruculuğunun
yeni inkişaf, nailiyyət salnaməsinin başlanğıcına çevrildi.
İlham Əliyevin müəllifi olduğu Konstitusiya islahatları təşəbbüsü
təkmilləşmə, modernləşmə,
demokratikləşmə və
davamlı inkişaf prosesinin etibarlı təminatı, həmçinin
daha geniş miqyasda tətbiqinin zəmininə çevrildi.
Ən əsası
isə xalq bu referendum vasitəsilə
Prezident İlham Əliyevə olan inamını növbəti
dəfə rəsmiləşdirdi,
91 faizlik göstərici
ilə ona ümummilli etimadın yeni mandatını verdi!
İxtiyar HÜSENLİ,
Azərbaycan.- 2017.-26 sentyabr.- S.1.