Almaniya Federativ Respublikasının Federal Kansleri Zati-aliləri xanım Angela Merkelə

 

Hörmətli xanım Federal Kansler,

Başçılıq etdiyiniz Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifaqı alyansının parlament seçkilərində qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu qələbə həyata keçirdiyiniz siyasətin Almaniya cəmiyyəti tərəfindən dəstəklənməsinin, şəxsən Sizə bəslənən inam etimadın ifadəsidir.

Ümidvaram ki, Azərbaycan ilə Almaniya arasındakı dostluq münasibətlərinin, siyasi, iqtisadi humanitar əlaqələrimizin daha da möhkəmlənməsi genişlənməsi, ikitərəfli çoxtərəfli qaydada qarşılıqlı surətdə faydalı əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 26 sentyabr 2017-ci il.

 

Azərbaycan.- 2017.- 27 sentyabr.- S.2.