Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 9, maddə 539; 2006, ¹ 2, maddə 82; 2008, ¹ 3, maddə 168, ¹ 8, maddə 713; 2009, ¹ 7, maddə 532; 2010, ¹ 9, maddə 770; 2015, ¹ 6, maddə 700; 2016, ¹ 5, maddə 866, ¹ 12, maddə 2069) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.  2-ci hissənin dördüncü və altıncı abzasları, 10-cu hissənin dördüncübeşinci abzasları, 19-cu hissənin dördüncü abzası ləğv edilsin.

2.  17-ci hissə üzrə:

2.1. dördüncü abzas ləğv edilsin;

2.2. yeddinci abzasda “şəhadətnaməsi” sözü “şəhadətnaməsinin surəti” sözləri ilə əvəz edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 sentyabr 2017-ci il

 

Azərbaycan.- 2017.-27 sentyabr.- S.2.