Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi
Festivalının miqyası genişlənir
Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalının konsert proqramları rəngarəngliyi ilə yadda qalır.
Beynəlxalq Muğam Mərkəzində “Sevgili
canan” adlı layihə çərçivəsində
Azərbaycanın gənc bəstəkarlarının yeni romanslarının təqdimi də məhz
musiqi festivalı çərçivəsində
təşkil edilib. Tədbirdə musiqişünas,
professor Ceyran Mahmudova romans janrının yaranma tarixindən söz açıb. O bildirib ki, Avropada yaranan
bu musiqi janrının Azərbaycanda
əsasını Asəf
Zeynallı qoysa da, inkişafı Üzeyir bəy Hacıbəylinin
adı ilə bağlıdır.
Musiqili gecədə Üzeyir bəy Hacıbəylinin “Sənsiz”, Tofiq Quliyevin “Bəxtəvər
oldum”, Fikrət Əmirovun “Gülərəm,
gülsən”, eləcə
də gənc bəstəkarların romansları
səsləndirilib.
Sentyabrın 26-dək davam
edən Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində
musiqisevər tamaşaçılar
Muğam Mərkəzində
solo konsert proqramı ilə çıxış
edən gürcüstanlı
pianoçu, UNESCO-nun “Sülh
artisti” fəxri adına layiq
görülmüş Eliso
Bolkvadzenin canlı ifasını dinləyiblər.
“İki il əvvəl Batumidə Fərhad Bədəlbəylinin ifasında
Qara Qarayevin konsertini dinləyib bəyənmişəm. Bakıda - bəstəkarın
vətənində onun
prelüdlərini zəif
çala bilmərəm.
Həmin
əsərlərin üzərində
çalışıb gələcək
konsert proqramlarıma daxil edəcəyəm” - fikirlərini ifadə edən Eliso Bolkvadzeni fərqləndirən
cəhət onun bəstəkarın əsərinə
köçürdüyü hissləri öz çalğısı ilə
dinləyicilərə ötürmək
bacarığıdır.
Üzeyir bəy Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı dünyanın
bir sıra mədəniyyət mərkəzlərində
də maraqlı və yaddaqalan konsert proqramları ilə davam etməkdədir. Berlində fəaliyyət göstərən
Azərbaycan-Almaniya Ziyalılar
Birliyinin təşkilatçılığı
ilə Azərbaycan Mədəniyyət Evində
dahi bəstəkarın
anadan olmasının
132-ci ildönümü və
milli musiqi gününə həsr olunmuş tədbir keçirilib.
Birliyin sədri Naibə Şirinova iştirakçılara
Üzeyir bəy Hacıbəylinin keçdiyi
həyat yolundan, zəngin yaradıcılığından,
milli musiqimizin inkişafında əvəzsiz
xidmətindən danışıb. Dahi Üzeyir
bəyin öz yaradıcılığında Şərqlə Qərbin
vəhdətini yaratması
tamaşaçıların diqqətinə çatdırılıb.
Tədbirdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilərin
ifasında bəstəkarın
“Sənsiz” və “Sevgili canan” romansları səslənib. Kiçikyaşlı
həmvətənlərimiz dahi
bəstəkarın eyni
zamanda, komediya janrının ustadı olduğunu onun felyeton və miniatürlərindən ibarət
bədii kompozisiya və cənublu soydaşların iştirakı
ilə hazırladıqları
“O olmasın, bu olsun” musiqili komediyasından səhnəciklərlə
təsdiqləyiblər.
Böyük bəstəkarın
adını daşıyan
Bakı Musiqi Akademiyasında da
festival çərçivəsində Rusiyanın fortepiano triosu maraqlı konsert proqramı ilə çıxış edib. Beynəlxalq müsabiqələr laureatı Filipp Kopaçevskinin ifasında
romantizmin parlaq nümayəndəsi, görkəmli
Polşa bəstəkarı
və pianoçusu F.Şopenin “Polonez As-dur” əsəri səsləndirilib. Konsertin sonunda üç pianoçu dünya musiqisinin qüdrətli simalarından biri, rus bəstəkarı S.Raxmaninovun “2 saylı Elegik trio” əsərini möhtəşəm ifa edərək, səhnəni
gur tamaşaçı
alqışları ilə
tərk ediblər.
M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında
keçirilən konsertdə
Novosibirsk Filarmonik Kamera
Orkestrinin çıxışı
da yaddaqalan olub. Uzaq Sibirdən gəlmiş orkestr artıq Azərbaycandan kənarda, Avropanın bir çox konsert salonlarında da alqışlarla qarşılanıb yola salınan gənc azərbaycanlı dirijor, əməkdar
artist Əyyub Quliyevin
idarəsi ilə maraqlı proqram təqdim edib. Azərbaycan, rus və dünya bəstəkarlarının əsərlərindən
ibarət proqramda həm klassik, həm də XX əsrin ikinci yarısında intişar
tapan avanqard musiqinin ən maraqlı nümunələrinə
yer verilib.
Üzeyir bəyin
“Arazbarı”sı ilə
yanaşı, dahi bəstəkarımız Qara
Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər və xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadənin “Metamorfozlar”
əsərinin ifası
da proqrama daxil edilib.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.- 2017.- 27 sentyabr.- S.6.