“İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğunda Koreya Respublikasının kənd təsərrüfatı
məhsullarının nümayişi keçirilib
Sentyabrın 27-də Dünya Turizm Günü münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Koreya Respublikasının səfirliyi, Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA), “Dream Trading” şirkəti, Koreya Aqro-Balıqçılıq və Ərzaq Ticarəti üzrə Korporasiyası, Koreya Respublikası Kənd Təsərrüfatı, Ərzaq və Kənd İşləri Nazirliyi tərəfindən Koreya kənd təsərrüfatı məhsullarının nümayişi təşkil olunub. AZƏRTAC xəbər verir ki, şəhər sakinləri və paytaxtımızın qonaqları Koreyanın kənd təsərrüfatı məhsullarının dadına baxmaq və ölkənin mətbəx mədəniyyəti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Koreya səfirliyinin əməkdaşı Aygün Həmidzadə AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirdə həmçinin respublikanın milli çay mədəniyyəti, spirtli içkilər və qəlyanaltılar təqdim olunub.
Koreya
kənd təsərrüfatı məhsullarının nümayişi axşamadək davam
edib.
Azərbaycan.-
2017.- 28 sentyabr.- S.5.