Misir Milli Kitabxanasında Azərbaycan
guşəsi yaradılacaq
V Beynəlxalq Kitab Sərgisində iştirak etmək üçün ölkəmizə
gəlmiş Misir Milli Kitabxanası və Arxivlərinin müdiri, Ayn Şəms Universitetinin professoru, İslam arxeologiyası üzrə
tanınmış alim
Əhməd Seyyid Muhəmməd Şövki
Misir Ərəb Respublikası səfirliyinin
Mədəniyyət və
Təhsil Əlaqələri
Mərkəzinin dəstəyi,
Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakıda bir sıra görüşlər
keçirib.
Sentyabrın 26-da Azərbaycan
Memarlıq və İnşaat Universitetində
memarlıq ixtisası
üzrə təhsil alan tələbələrə
“İslam memarlığı”
mövzusunda mühazirə
oxuyan misirli professor növbəti gün Bilik Fondunun qonağı olub.
Əhməd Şövki fondun icraçı direktoru Oqtay Səmədov və əməkdaşlarla
görüşüb. Misirli alimə
qurumun fəaliyyəti
barədə ətraflı
məlumat verilib, “Azərbaycan elmi dünyada”, “Dünya elmi Azərbaycanda” layihələri çərçivəsində
əməkdaşlığın əhəmiyyətindən danışılıb.
Misir Milli Kitabxanası və Arxivlərinin müdiri Əhməd Şövki ölkəsinin
dünyada məşhur
olan kitabxanası haqqında məlumat verib. Bildirilib ki, 1890-cı ildə
fəaliyyətə başlayan
Misir Milli Kitabxanası iki hissədən ibarətdir.
Kitabxananın tarix bölməsində 100 milyondan
çox sənəd,
kitablar bölməsində
beş milyon kitab var. Bununla yanaşı, kitabxanada 60
min əlyazma, beş
min papirus, müxtəlif
ölkələrə məxsus
13 minədək əskinas,
sikkələr qorunub saxlanılır. İyirmi səkkiz filialı
olan kitabxanada ümumilikdə 1800 işçi
çalışır. Əhməd Şövqi professoru olduğu universitetdə
150-dək azərbaycanlı tələbənin təhsil
aldığını, onlardan
birinin Azərbaycan sikkələri haqqında
tədqiqat işinə
elmi rəhbərlik etdiyini deyib.
Misirli alim Bilik Fondunu
Milli Kitabxana ilə əməkdaşlığa
dəvət edib. Qonaq Azərbaycan Prezidentinin
2017-ci ili ölkəmizdə “İslam
həmrəyliyi ili” elan etdiyini xatırladıb,
qarşılıqlı əməkdaşlıq
əlaqələrinin məhz
bu il qurulmasının
məqsədəuyğun olduğunu
söyləyib.
Fondun icraçı
direktoru qonağın
Misir Milli Kitabxanasında Azərbaycan
guşəsinin yaradılması
təklifini müsbət
dəyərləndirib, Misir
haqqında Azərbaycanda,
Azərbaycan haqqında
Misirdə dərc olunan yazılardan ibarət toplunun tərtib edilməsinin, eyni zamanda, hər
iki ölkənin əməkdaşlığını əks etdirən dərginin hazırlanmasının
faydalı ola biləcəyini diqqətə
çatdırıb.
Görüşdə hər iki xalqın ortaq dəyərlərinin
elm, təhsil və mədəniyyət
üzərində formalaşdığı
qeyd olunub, bu münasibətlərin qorunub saxlanmasının, inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
Misirli professor görüşdən
sonra Bilik Fondunun təşkilatçılığı
ilə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində tələbələrin
qonağı olub, Misir mədəniyyətinin
tərkib hissəsi sayılan eksponatların tarixi köklərindən,
qədim əşyalar
üzərindəki məna
çalarlarından danışıb.
Həmin gün daha bir
görüş Misir Ərəb Respublikasının
Azərbaycandakı səfirliyinin
Mədəniyyət və
Təhsil Əlaqələri
Mərkəzində keçirilib.
Bilik Fondu
əhalinin maarifləndirilməsi, gənclərin ölkə
və dünya mədəniyyətinin
müxtəlif sahələri üzrə elmi
biliklərinin artırılması, onların “İslam
həmrəyliyi ili”ndə “Dünya elmi Azərbaycanda” layihəsi çərçivəsində
tanınmış elm və mədəniyyət
xadimləri ilə görüşlərinin təşkili
istiqamətində silsilə tədbirlərini davam
etdirir.
Azərbaycan.-
2017.- 28 sentyabr.- S.6.