Bakıda “Daşın nəğməsi” II Beynəlxalq
heykəltəraşlıq simpoziumu
keçiriləcək
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə oktyabrın 1-dən 10-dək Bakıda “Daşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək. AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Ukrayna, Yeni Zelandiya, Türkiyə, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya, Rusiya və Çindən 20 heykəltəraş iştirak edəcək. İştirakçılar simpozium müddətində Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradacaqlar.
Xatırladaq ki, “Daşın nəğməsi” Beynəlxalq
heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib və tədbirdə 10 ölkədən
14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində
yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşən “Sevirəm” park kompleksində sərgilənir.
Azərbaycan.-
2017.- 28 sentyabr.- S.8.