Üzeyir Hacıbəyli
IX Musiqi Festivalı açıq elan edilib
Sentyabrın 18-də Heydər Əliyev Fondunun və Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli
IX Beynəlxalq Musiqi Festivalının təntənəli
açılış mərasimi
olub.
AZƏRTAC xəbər
verir ki, M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında reallaşan
açılış mərasimində
Mədəniyyət və
Turizm Nazirliyinin rəhbərliyi, xarici səfirliklərin əməkdaşları,
ölkənin tanınmış
ictimai xadimləri, mədəniyyət və
sənət adamları
və digər mötəbər qonaqlar iştirak ediblər.
Mərasim Üzeyir
Hacıbəyli adına Dövlət
Simfonik Orkestrinin ifasında (orkestrin bədii rəhbəri və baş dirijoru, Xalq Artisti Rauf Abdullayevdir)
dahi bəstəkarın
“Koroğlu” operasından
uvertüranın səslənməsi
ilə açıq elan edilib.
Gecədə Üzeyir
Hacıbəyli adına Dövlət
Simfonik Orkestri ifasında yerli və xarici bəstəkarların əsərləri
təqdim olunub.
Qeyd edək
ki, sentyabrın 26-dək davam
edəcək festival günlərində
ümumilikdə 30-dan artıq tədbirin reallaşacağı
planlaşdırılıb. Paytaxtımızın müxtəlif
mədəniyyət ocaqlarında keçiriləcək bu tədbirlərdə musiqisevərlər Üzeyir Hacıbəyli ilə yanaşı,
digər tanınmış bəstəkarlarımızın da əsərlərini dinləyə biləcəklər.
Azərbaycan.-
2017.- 19 sentyabr.- S.6.