İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 42-ci kitabı çapdan çıxıb

 

Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına! Yaşasın, Azərbaycan! AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 42-ci kitabında yer alan bu fikirləri Prezident İlham Əliyev 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimindəki nitqində söyləyib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğuİlham Əliyev. İnkişaf - məqsədimizdirçoxcildliyinin 42-ci kitabında toplanan materiallar 2010-cu ilin iyulundan oktyabr ayınadək dövrü əhatə edir.

Çoxcildliyin 42-ci nəşri Prezident İlham Əliyevin UNESCO-nun baş direktoru xanım İrina Bokova ilə görüşünə dair materialla başlayır.

Nəşrin 42-ci kitabında dövlətimizin başçısının Türkiyəyə, Özbəkistana ABŞ-a rəsmi səfərləri, həmçinin Türkiyə Rusiya prezidentlərinin Azərbaycana səfərləri zamanı bu ölkələrin dövlət hökumət başçıları ilə ölkələrimiz arasında əlaqələrin inkişafına dair danışıqlarına dair materiallar yerləşdirilib. Kitabda Türkiyə Prezidenti Abdullah Gülün ölkəmizə rəsmi səfəri çərçivəsindəAzərbaycan Respublikası Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq qarşılıqlı yardım haqqında Müqavilə”nin, həmçinin dövlətimizin başçısının qardaş ölkəyə rəsmi səfəri zamanı Azərbaycan Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamənin imzalanmasına dair informasiyalar oxuculara təqdim olunur. Bundan başqa, kitabda Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində Birləşmiş Ştatların Prezidenti Barak Obama ilə görüşünə dair materiallar, həmçinin BMT Baş Məclisinin 65-ci sessiyasındakı çıxışı yer alıb.

Azərbaycan Prezidenti bütün görüş danışıqlarında diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma prinsipləri çərçivəsində həllinə dəstək olmağa çağırıb. Kitabda dövlətimizin başçısının müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, eləcə ATƏT-in, Avropa İttifaqının, Dünya Bankının, ABŞ-ın, Rusiyanın, Niderlandın, İranın, Ukraynanın ölkəmizə səfər etmiş yüksək vəzifəli nüfuzlu şəxslərini qəbul etməsinə dair materiallar da toplanıb.

Çoxcildliyin 42-ci kitabına Türkdilli Ölkələrin Dövlət Başçılarının X zirvə toplantısına, Azərbaycan, Gürcüstan, Rumıniya Macarıstan dövlət başçılarının dördtərəfli görüşünə, Prezident İlham Əliyevin “Caspian Agro” III beynəlxalq kənd təsərrüfatı, ərzaq emalı qablaşdırma sərgisində iştirakına MDB ölkələrinin kəşfiyyat xidmətləri təhlükəsizlik orqanları rəhbərləri müşavirəsinin Bakıda keçirilən XI iclasının iştirakçıları ilə görüşünə dair materiallar daxil edilib.

Nəşrin bu cildində, həmçinin dövlətimizin başçısının bölgələrə səfərləri zamanı söylədiyi nitqlər ictimaiyyətin nümayəndələri ilə görüşlərindən bəhs edən informasiyalar toplanıb. Bu materiallar arasında Prezident İlham Əliyevin Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında, Qəbələ, Qusar rayonlarında, Naxçıvan Muxtar Respublikasında, paytaxt Bakıda müxtəlif infrastruktur obyektlərinin istifadəyə verilməsi mərasimlərində iştirakı barədə informasiyalar, həmçinin dövlətimizin başçısının Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında giriş yekun nitqləri xüsusi maraq doğurur.

KitabaQeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlargöstəriciləri daxil edilib.

Azərnəşrtərəfindən buraxılan 42-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.

 

Azərbaycan.- 2017.-19 sentyabr.- S.2.