Vesna Medenistsa: "Zəngin təcrübəyə
malik olan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın
qazandığı uğurlar Monteneqroda böyük maraqla izlənilir"
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev sentyabrın 26-da Monteneqro
Ali Məhkəməsinin sədri
xanım Vesna Medenitsanın başçılıq
etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Monteneqro Prezidenti Filip Vuyanoviçlə bu yaxınlarda Nyu-Yorkda görüşdüklərini məmnunluqla xatırladı, eyni zamanda, özünün Monteneqroya səfərinin uğurlu keçdiyini vurğuladı. Prezident İlham Əliyev Azərbaycan ilə Monteneqro arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd etdi, iqtisadi əlaqələrimizin, o cümlədən investisiya qoyuluşu sahəsində əməkdaşlığımızın uğurla inkişaf etdiyini dedi. Dövlətimizin başçısı digər sahələrdə də əlaqələrimizin genişləndirilməsinin vacibliyini bildirdi, Monteneqro Ali Məhkəməsinin sədri Vesna Medenitsanın səfərinin Azərbaycan və Monteneqronun hüquq mühafizə orqanları arasında əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu qeyd etdi.
Monteneqro
Ali Məhkəməsinin sədri Vesna Medenitsa bildirdi ki, ölkəmizdə
gördükləri böyük inkişaf prosesləri nümayəndə heyəti
üzvlərində dərin təəssürat yaradıb. Azərbaycanın iqtisadi sahədə
qazandığı uğurların ölkəsində böyük maraqla izlənildiyini
deyən qonaq vurğuladı ki, bütün bu uğurlara zəngin təcrübəyə
malik olan Prezident İlham
Əliyevin rəhbərliyi sayəsində nail
olunub. İki ölkənin
ali məhkəmə orqanları
arasında səmərəli əməkdaşlığın
həyata keçirildiyini qeyd
edən Vesna Medenitsa
ölkəmizə bu səfəri
zamanı əməkdaşlığımızın
perspektivləri ilə bağlı faydalı müzakirələrin
aparıldığını dedi.
Azərbaycan.- 2017.-27 sentyabr.- S.1.