Ali kürsüdən tarixi çıxış

 

Azərbaycan yazıçıları hörmətli Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında dərin məzmunlu məntiqli çıxışını böyük məmnunluq hissi ilə qarşıladılar. BMT-nin dünyanın ən ali təşkilatı olduğunu nəzərə aldıqda Prezident İlham Əliyevin çıxışının qədər mühüm əhəmiyyət kəsb etdiyi xüsusilə aydın görünur.

Respublikamız bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini xüsusən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb edir, potensialından istifadə etməklə problemin həllinə çalışır. Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışı da ölkəmizin haqq işinin dünyaya çatdırılmasına istiqamətlənmişdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danılmaz faktlara əsaslanan çıxış xalqımızın, dövlətimizin ədalətli haqlı mövqeyini bütün dünya qarşısında nümayiş etdirdi.

Cənab İlham Əliyevin dinc əhaliyə - qadınlara, uşaqlara qarşı qəddarlığı ilə öyünən  S.Sarkisyanın gözünün içinə müharibə canisi, hərbi kriminal adlandırması Ermənistan prezidentinin əməllərinə verilən ən düzgün qiymət idi. Həm bu sözlər çağdaş dövrün ən yüksək siyasi kürsüsündən səslənirdi. Ermənistanın terrorçu rəhbəri onun komandası bu sözlər qarşısında bir daha ən ali tribunadan ifşa olundular. Bilməyənlər Sarkisyanın terrorçu xislətindən, uşaqları qətlə yetirməsindən agah oldular. Bu çıxış Azərbaycanın Ermənistana növbəti siyasi-diplomatik zərbəsi kimi tarixə düşdü. Bu, həm Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində növbəti uğurlu addım idi.

Dədə-baba yurdlarından yüz minlərlə Azərbaycan türkünün, eləcə başqa millətlərin qovularaq didərgin salınması Ermənistanı başqa xalqlara qənim kəsilmiş, yeni nəsilləri qonşulara düşmən kimi yetişdirən monomillətli faşist məmləkətinə çevirmişdir. Bütün bunlara, ən əsası, Xocalıda, Qaradağlıda erməni terroristlərinin törətdikləri vəhşiliklərə beynəlxalq biganəlik, laqeydlik hər birimizdə dərin təəssüf doğurur. Onu da təəssüflə qeyd etməliyik ki, BMT-nin digər qətnamələri dərhal icra olunduğu halda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri icrasız qalıb. Azərbaycana qarşı olan haqsızlıq dünyanın bu mötəbər təşkilatına olan etimadı azaldır. O cümlədən BMT-nin öz qərarlarının icrasına qərarsız münasibəti bu təşkilatın da  nüfuzuna xələl gətirir. Azərbaycan tərəfi dəfələrlə bu məsələni gündəliyə gətirib qərarların dərhal icra olunması üçün BMT- islahatların keçirilməsinin zəruriliyini bildirib. Çıxışında bu məsələyə toxunan Prezident İlham Əliyev BMT tribunasından ikili standartlara son qoyulmasını tələb edib.

Prezident İlham Əliyev bütün bu məsələləri dünya ictimaiyyətinə BMT- təmsil olunan dövlətlərə tutarlı dəlillərlə çatdıra bildi.  Dövlət başçısının bu tarixi çıxışı Heydər Əliyev iradəsinin qətiyyətinin çağdaş dövrdə yeni təsdiqi oldu. Bu çıxışı ilə möhtərəm Prezident ölkəmizin xalqımızın mənafeyini, milli maraqlarını qətiyyətlə layiqincə qorudu.

Milli maraqlarımız naminə hər zaman səfərbər olan yazıçı şairlərimiz Prezident İlham Əliyevin bu tarixi çıxışını çox yüksək qiymətləndirirlər. Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin sentyabrın 25-də keçirilmiş iclasında yazıçı şairlərimiz hörmətli Prezidentə bu tarixi çıxışına görə dərin təşəkkürlərini bildirdilər dövlətimizin siyasi kursunu dəstəklədiklərini bir daha bəyan etdilər.

 

Fikrət QOCA,

xalq şairi

 

Azərbaycan.- 2017.- 27 sentyabr.- S.3.