Bakı - Qafqazın Cenevrəsi

 

Azərbaycan dünya KİV-ində

 

Bütün dünya simasını tədricən dəyişir, inkişaf edir, lakin eyni zamanda, planetdə baş verən qanlı çaxnaşmalar və müharibələr hətta inkişaf etmiş ölkələri, möhtəşəm şəhərləri tənəzzülə uğradır. İraqda, Suriyada və digər ərəb ölkələrində minlərlə yaşayış məskəni, tarixi minilliklərlə ölçülən şəhərlər yerlə yeksan edilir, xarabalıqlara çevrilir. Bu sırada Azərbaycan da münaqişələrə çəkilən və hələ də bitməyən müharibədən əziyyət çəkən ölkə kimi istisna deyil.

Son yüz ildə erməni faşistlərinin işğal etdiyi torpaqlarımızda dağıtdığı yaşayış məskənləri və şəhərlərin, yerlə yeksən etdiyi abidələrin və adı dəyişdirilən toponimlərin siyahısını tərtib etmək üçün bir neçə cildlik kitab nəşr etsən də az olar.

Erməni vandalları törətdiyi cinayətlərini dərk etmək iqtidarında deyil. Azərbaycan Prezidenti İlham Əliyevin BMT-dəki çıxışında dediyi kimi, erməni siyasi elitası artıq ona alışır ki, hər şey belə də qalacaqonlar demokrat qiyafəsində, xristian təəssübkeşliyindən yaşmaq vuraraq status-kvonu əbədiyyətə qədər uzada biləcəklər. Bizim müdrik nağıllarımızdan birində divin canının şüşədə olduğu bildirilir. Mənası odur ki, nə qədər vahiməli, qorxunc görünsə də, canı bir parça şüşədədir. Yəni, göründüyü qədər vahiməli deyil. Məşhur fransız yazıçısı, Nobel mükafatı laureatı (1915) Romen Rollandın bir-iki cümləsini oxuyan kimi bilirsən erməni faşistləri sülhə getməkdə niyə bu qədər sırtıqlıq edir və onların gücü, “canı” nədədir. O yazır: “Müharibədən sonuncu çıxış yolu kimi, yalnız bankrot dövlətlər iki əllə yapışırlar. Müharibə ağlını itirib uduzan oyunçu üçün sonuncu kart kimidir...”

Səfalətə məhkum olan dövlətin həqiqətən də başqa çıxış yolu yoxdur. BMT-dəki çıxışında Sarkisyan ağzını açan kimi sübut etdi ki, İrəvandakı rejiminsülh yolu mövcuddur, nə də ki müharibəyə xitam vermək imkanı var. Azərbaycan Prezidenti İlham Əliyev isə BMT-nin yüksək tribunasından 25 il sülhə sadiq olduğunu bir daha bəyan etdi və Azərbaycan xalqının işğalçı dövləti zəbt edilmiş ərazilərdən çıxarmağın onun xalqının qanuni haqqı olduğunu ermənilərin gözləmədiyi sərt bir şəkildə diqqətə çatdırdı. Birki, əgər Tramp nə ABŞ-ın ərazilərini işğal edən, nə də ki onunla açıq müharibədə olan bir dövləti ABŞ üçün təhlükə kimi yer üzündən siləcəyini bəyan edirsə, niyə də biz azğın düşmənə beynəlxalq hüquqqanunun gücünü tətbiq etməyək?

Ermənilər onun fərqində deyillər ki, bu işğalda onlar dövlət kimi itirilməli nələri vardısa, hamısını itirdilər. Erməni işğalına etiraz edən, Xocalı faciəsini tanıyan dövlətlər və beynəlxalq təşkilatlar mövcuddur. Ermənistan istənilən qonşusuna ərazi iddialarından çəkinmir, Qafqazı qan çanağına çevirmək üçün əlindən gələni edir. Azərbaycan isə bu müddət ərzində bütün dünyaya ərazilərinin işğal olunmasına baxmayaraq, tolerant, sülhsevər və sivil dövlət olduğunu sübut edə bildi. Bakıda keçirilən saysız-hesabsız beynəlxalq sülh forumları, möhtəşəm idman yarışları Azərbaycanın imicini sülhsevər ölkə kimi gücləndirdi. Sivil dünyanın gözündə monoetnik, işğalçı faşist dövləti - Ermənistan faciələrin məngənəsində boğulur. Azərbaycan isə getdikcə məşhurlaşır, nəhəng islahatları həyata keçirir. Bakı mədəniyyət mərkəzi kimi şöhrət qazanır, milyonlarla əcnəbi bu şəhərin müasirliyinə və gözəlliyinə heyran olur. Artıq Bakını ən böyük güc mərkəzləri, qüdrətli dövlətlər bir çox beynəlxalq məsələlərin həllində vasitəçi kimi görür. Ermənistan Rusiya ilə Qərb arasında çapalayan vassal kimi hər iki tərəfdə sürüşkən tərəfdaş təsəvvürü yaradır. Ona etibar etmək, onunla danışıqlar masası arxasına oturmaq istəyənlərin inamı isə getdikcə azalır. Yəni Ermənistanın ipinin üstünə odun yığmaq müşkül məsələdir.

Bakının Türkiyə ilə Rusiya arasındakı gərginliklərin azalmasında rolu bir daha ölkəmizin bölgədə və dünyada sülhə xidmət etdiyini isbatladı. Maraqlısı odur ki, bu yaxınlarda Rusiya mətbuatında müxtəlif yazılarda həm Rusiya, həm də Qərb ekspertləri Azərbaycanın neytral ölkə kimi ən uğurlu meydança, burada ən mürəkkəb danışıqların aparılması üçün ideal mühit olduğunu vurğulayırlar.

Vestnik Kavkaza” saytına verdiyi eksklüziv müsahibəsində (vestikavkaza.ru/material/209170) beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase bildirib ki, NATO-nun Hərbi komitəsinin sədri Petr Pavellə Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının rəhbəri Valeri Gerasimovun Bakıda baş tutan görüşü Azərbaycanın sülhə və xalqlar arasındakı dialoqa verdiyi töhfələrin davamı kimi qiymətləndirilə bilər.

Bir çox hallarda böyük güclər mürəkkəb məsələləri müzakirə etmək üçün neytral ölkədə görüşməyi vacib sayırlar. Lakin məsələnin siyasi əhəmiyyəti, beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tasenin sözləri ilə desək, ondan ibarətdir ki, “Bakı hazırda son onilliklərdə böyük və çoxtərəfli razılaşmaların müzakirə edildiyi istənilən Avropa şəhəri qədər əhəmiyyət daşıyır”.

Onu da nəzərə alaq ki, Rusiya və NATO silahlı qüvvələrinin təmsilçilərinin ilk görüşü Bakıda hələ 2014-cü ildə keçirilmişdi. Ekspert belə təbii qənaətə gəlir ki, Bakı tədricən beynəlxalq siyasətin vacib oyunçusu kimi irəli çıxır, Rusiya kimi nəhəng dövlətlə güclü hərbi alyansı təmsil edən NATO arasında uğurlu danışıqların aparılmasına təminat verən siyasi meydan statusunu qazanır.

Məhz bu səbəbdən yalnız 2017-ci il Bakının ABŞ, Rusiya və NATO arasında görüşlərinin keçirilməsi üçün iki dəfə seçilməsi artıq təsadüfdən daha çox qəbul edilmiş qaydaya çevrilir. Ekspert izah edir ki, “Azərbaycan son onilliklərdə sürətli iqtisadi inkişafı, düşünülmüş xarici siyasəti və yoxsulluqla uğurlu mübarizəsi ilə seçilir. Baxmayaraq ki, ölkə ərazilərinin 20 faizi erməni işğalçıları tərəfindən 25 ildən artıqdır işğal edilmışdir”.

Ekspert qeyd edir ki, bu ilin fevralında ABŞ qərargah rəislərinin birləşmiş komitəsinin sədri, general Cozef DanfordValeri Gerasimov Bakıda 2014-cü ildən sonra ilk dəfə görüşdülər. Beləliklə, Gerasimovla Petr Pavel arasında bu ərəfədə baş tutan sonuncu görüş ikinci böyük görüşdür. Məhz bu görüş sayəsində Bakı beynəlxalq siyasətin mərkəzinə qədəm qoydu, Rusiyanın hərbi rəhbərliyi ilə NATO rəhbərliyi arasında vacib danışıqların aparılması üçün balanslaşdırılmış meydança statusunu aldı.

Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda liderliyini qazanması, həmçinin Avropa İttifaqı, Cənubi Şərqi dövlətlərin Assosiasiyası ilə tərəfdaşlığı onun nüfuzunu daha da artırır, Azərbaycan bir sıra geostrateji ssenarilərdə neytrallığını gözləyir. Peter Tase deyir ki, bu neytrallığı Vaşinqton da, Brüssel də, Moskva da sezibqeyd edib.

Amerikalı ekspert onu da məxsusi qeyd edir ki, Azərbaycan hər iki tərəfi təmsil edən hərbi liderlər arasında tarixi görüşlərin keçirildiyi meydançaya çevrilir. Nəzərə almaq lazımdır ki, yalnız Avropada yox, Asiya-Sakit okean regionunda da hərbi təxribatların və gərginliklərin səviyyəsi getdikcə artır: “Şübhəsiz ki, qarşıdakı aylarda çoxsaylı əlaqələndirici görüşlərin əksəriyyəti Bakıda keçiriləcək” - deyə amerikalı ekspert bildirir.

Vestnik Kafqaza” nəşrinin başqa bir nömrəsində (http://vestnikkavkaza.ru/interview/Sergey-Markov-Baku-sposoben-stat-kavkazskoy-diplomaticheskoy-ZHenevoy.html) Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov eyni mövzuya Rusiya tərəfinin baxışlarını sərgiləyir və Bakının Rusiya və Qərb hərbçiləri tərəfindən daimi təmasların keçirildiyi meydan kimi seçilməsinin səbəblərini belə izah edir: “İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan belə görüşlərin təşkil edilməsi üçün yüksək infrastruktura malikdir, gözəl təyyarə limanı, yüksək səviyyəli mehmanxanaları mövcuddur. Lakin ən başlıca səbəb odur ki, Azərbaycan bu dialoqda aydın və şəksiz neytrallığını qoruyur. Azərbaycan Prezidenti İlham Əliyev dahiyanə diplomatik səriştəsi ilə seçilirdüşünülmüş, dərin hörmətə söykənən balanslaşdırılmış diplomatiyanı reallaşdıra bilir. Bu da danışıqlara oturan tərəflərə, hətta düşmən olsalar belə, logistika nöqteyi-nəzərindən və digər formatlar baxımından imkan verir ki, Azərbaycan rəhbərliyi ilə dialoqda özlərini rahat hiss etsinlər. NATO da, Rusiya da əmindirlər ki, Bakı hər iki tərəfə sakit, düşünülmüş, qarşılıqlı rəğbətə söykənən münasibətlər sərgiləyəcək, gizlin qulaqasmalara və məlumatların sızmasına yol verməyəcək”.

Politoloqun fikrincə, bütün bunlar beynəlxalq birlikdə Bakını həddən ziyadə düşünülmüş, hörmət gözləyən və hörmət bəsləyə bilən potensial sülhməramlı kimi təqdim edir. Diplomatik əməkdaşlıq baxımından bunlar çox yüksək qiymətləndirilən keyfiyyətlərdir və hamı Bakı ilə ünsiyyətdən zövq alır. Bu münasibətlərin isə ciddi perspektivləri ondan ibarətdir ki, Bakı diplomatik müstəvidə özünəməxsus Qafqaz Cenevrəsinə, Azərbaycan isə müvafiq olaraq Qafqazın İsveçrəsinə çevrilməyə qadirdir.

BuradaVestnik Kafqazaqeyd edir ki, NATO-ya daxil olan ölkələr bir neçə ildir Rusiyanı danışıqlarda deyilənlərə qulaq asmağa, Rusiya isə bundan imtina etməyə çalışır. Bu təzyiqlərdə NATO təmsil etdiyi alyansın Rusiyadan daha güclü olduğuna əsaslanaraq qeyri-bərabər münasibətlərə can atır.

Əlbəttə, belə mürəkkəb danışıqlar Moskvada, Vaşinqtondaya Brüsseldə aparılsa, mütləq tərəflərdən birini qane etməyəcək. Bütün tələblərə dəqiqliyinədək cavab verən, danışıqlara gələn tərəflərin təhlükəsizliyini təmin etmək, informasiya məxfiliklərini qorumaq üçün əlverişli məkan tapmaq o qədər də asan deyil. Bakı bunu bacardı. Azərbaycan paytaxtı çətin və mürəkkəb danışıqlara oturan tərəfləri etibarlı məkan kimi qane edirsə və tərəflər Bakını Cenevrəyə bənzədirsə, bu o deməkdir ki, Azərbaycanın diplomatiya tarixində yeni səhifə açılır.

 

Bahadur İMANQULİYEV,

 

Azərbaycan.- 2017.- 28 sentyabr.- S. 4.