Azərbaycanın pravoslav
xristian icmasına
Hörmətli həmvətənlər!
Sizi, Azərbaycanın xristian icmasını İsa Peyğəmbərin mübarək
mövludu - Milad bayramı münasibətilə
ürəkdən təbrik
edir, bu əziz gündə hər birinizə ən xoş arzu və diləklərimi
yetirirəm.
Xristianlıq Azərbaycanda çox qədim tarixə malikdir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz
bizim ölkəmizdə
təşəkkül tapmışdır.
Səmavi dinlər burada
əsrlər boyu dinc yanaşı fəaliyyət göstərərək,
insanlar arasında əmin-amanlığın, dostluq
və qardaşlıq
münasibətlərinin yaranmasında
misilsiz tarixi rol oynamışdır.
Azərbaycanda məskunlaşmış xalqlar və etnoslar arasında heç vaxt milli-irqi ayrı-seçkilik,
etnik-dini dözümsüzlük
halları mövcud olmamışdır.
Müstəqil Azərbaycan Respublikası
bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə
sadiqdir. Dilindən, dinindən, etnik
mənsubiyyətindən asılı
olmayaraq Azərbaycanın
bütün vətəndaşları
beynəlxalq prinsiplərə
əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad
azadlığına malikdir.
Ölkəmizdə yaşayan bütün
etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli
adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini
inkişaf etdirmək üçün bərabər
demokratik şərait
yaradılmışdır.
Məmnuniyyət hissi ilə qeyd etmək
istəyirəm ki, çoxkonfessiyalı və
çoxmillətli Azərbaycan
cəmiyyətinin ayrılmaz
hissəsi olan xristian icması həmişə olduğu
kimi, bu gün də, sabah da
ölkəmizin tərəqqisi
və inkişafı naminə öz vətəndaşlıq borcunu
ləyaqətlə yerinə
yetirəcək.
Əziz dostlar!
Şəfqət və mərhəmət duyğularının, təmiz
və nəcib idealların rəmzi olan müqəddəs Milad bayramı münasibətilə hamınızı
bir daha təbrik edir, hər birinizə cansağlığı və
xoşbəxtlik, ailələrinizə
firavanlıq arzulayıram.
Bayramınız mübarək
olsun!
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
5 yanvar 2017-ci il.
Azərbaycan.- 2017.- 6 yanvar.- S. 2.