Azərbaycan Respublikası ilə Avropa
Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində
Azərbaycanın Əlaqəli Regional
İnkişafı Proqramına dair “Maliyyələşdirmə
Sazişi”nin təsdiqi
barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası ilə Avropa Komissiyası arasında Avropa Qonşuluq Aləti çərçivəsində Azərbaycanın Əlaqəli Regional İnkişafı Proqramına dair “Maliyyələşdirmə Sazişi” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən sazişin müddəalarının həyata keçirilməsi üçün tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avropa Komissiyasına bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2016-cı il
Azərbaycan.- 2017.- 6 yanvar.-
S. 2.