Şəkidən Kolmara aparan yol

 

Bu, Azərbaycan-Fransa regionları arasında dostluq əlaqələrinin yaranmasında böyük perspektivlər vəd edir

 

Azərbaycanla Fransa arasında əlaqələr bütün sahələrdə yüksək səviyyədə inkişaf edir.  Dövlət başçısının yeritdiyi xarici siyasətin nəticəsidir ki, artıq hər iki dövlətin regionları arasında da yaxın əlaqələr yaranıb, dostluq əməkdaşlıq xartiyası imzalanıb. Azərbaycan-Fransa regionları arasında dostluq əlaqələrinin yaranmasında Şəki şəhərinin öz rolu var. Şəki ilə Kolmar arasında əlaqələrin təməli 2013-cü ilin iyununda qoyulub. Həmin dövrdə Kolmar merinin başçılıq etdiyi nümayəndə heyəti Şəkiyə səfər edib şəhərlə yaxından tanış olub. Səfərin nəticəsi olaraq, bu şəhərlər arasında əlaqələrin daha da genişləndirilməsi qərara alınıb.  2015-ci il may ayının 19-da  Şəkidə, noyabrın 19-da isə Kolmarda Şəki şəhəri ilə Fransanın Kolmar şəhəri arasında dostluq əməkdaşlıq xartiyası imzalanıb. Xartiyaya əsasən Şəki Kolmar şəhərləri dost tərəfdaş şəhərlər elan edilib. Hər iki şəhərin sakinləri arasında mədəni, turistik iqtisadi əlaqələrin yaranması nəzərdə tutulub.

Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova bildirdi ki, Şəki ilə Kolmar şəhərlərini birləşdirən bir çox ümumi cəhətlər var.

 Hələ XIX əsrdə böyük fransız yazıçısı Aleksandr Düma  Qafqaza səfəri zamanı Şəkidə olub bu şəhərin təbiətinə, tarixi abidələrinə, görməli yerlərinə, zəngin mətbəx mədəniyyətinə heyran qalıb. Şəkidə fransız dilinin öyrənilməsinə böyük maraq həvəs var. Hazırda şəhərin 12 ümumtəhsil məktəbində fransız dili tədris olunur. Azərbaycan Pedaqoji Universitetinin Şəki filialında fəaliyyət göstərənFransız dilifakültəsində 84 nəfər tələbə təhsil alır. Şəkinin 4 nəfər fransız dili müəllimiAkademik Palma” medalı ilə təltif edilib. OnlaraTəhsil Kavaleridiplomu verilib. Hər il Şəkinin orta məktəblərindəFrankofoniyabayramı keçirilir.

Şəki ilə Kolmar arasında əlaqələr getdikcə daha da möhkəmlənir. 2015-ci ildə  Kolmarda ənənəvi Milad bayramı bazarınıda Şəki öz yarmarkası ilə iştirak edib.

Bu yaxınlarda Kolmar şəhər rəhbərliyinin dəvəti ilə Şəki şəhərini təmsil edən nümayəndə heyəti   növbəti dəfə Kolmarda olub. Görüşlərdə dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi, mədəniyyət, turizm iqtisadiyyat sahələrində ikitərəfli əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd olunub.  Nümayəndə heyətinin üzvləri Kolmarda un məmulatları şərabçılıq müəssisəsində istehsal təcrübəsi ilə tanış olublar. Turizm bölgəsi baxımından xarici qonaqların Şəkiyə daha çox səfər etdiyini nəzərə alan adamları dünyada məhşur olanBagetadlanan Fransa çörəyinin burada istehsalını önəmli hesab ediblər. Nümayəndə heyəti həmçinin ölkələrimiz arasında tekstil sənayesinin əlaqələndirilməsi məqsədilə Kolmarda fəaliyyət göstərən tekstil fabrikində olaraq burada istehsal edilən mallar haqqında ətraflı məlumatlanıblar.  Turizm bürosunda keçirilən görüşdə ölkəmizin bu sahədəki potensialına toxunulub bu istiqamətdə təcrübə mübadiləsi nəzərdən keçirilib.

Mədəniyyət təhsil sahələrində əməkdaşlıq da uğurla davam edir. Kolmar şəhərinin fransız dili müəllimləri Şəki şəhərinin məktəblərində fransız dilinin tədrisində iştirak edirlər. Bu proqram müvəffəqiyyətlə davam etdirilir. Gələcəkdə mədəniyyət humanitar sahələrdə bir sıra birgə tədbirlərin təşkili nəzərdə tutulur.

 Şəki ilə Kolmar arasında gələcəkdə daha yaxın iqtisadi əlaqələrin qurulması üçün rayonun iqtisadi potensialı da genişdir. Konkret olaraq, rayonda meyvəçiliyin müasir texnologiyalar əsasında inkişafi ixrac potensialının artırılması məqsədilə sahibkarlar tərəfindən yeni layihələr həyata keçirilir. Belə ki, “Green Faktory” MMC-nin təşkilatçılığı ilə müqavilə əsasında icarə qaydasında götürülmüş 78 hektar ərazidə İtaliyadan Fransadan gətirilmiş müxtəlif meyvə - ərik, şaftalı, nektarin, armud gavalı tingləri əkilib. Artıq növbəti mövsümdə ekoloji cəhətdən yüksək keyfiyyətli məhsulların Avropa, o cümlədən Fransa bazarlarına çıxarılacağı nəzərdə tutulur.

Hazırda ŞəkidəŞəki İpək” ASC- təbii ipəkdən hazırlanan müxtəlif məhsullar - kəlağayılar, şərflər, ipək xalçalar Fransa bazarına çıxarıla bilər.

Şəki  rayonu ərazisində yaradılmış illik istehsal gücü 50 ton olan özəl forel balıqçılıq təsərrüfatı illik istehsal gücü 800 ton olan istixana təsərrüfatının genişləndirilməsi istiqamətində  işlər həyata keçirilib. Qeyd edilən sahələrdə fəaliyyəti genişləndirmək yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsi onların bir-birini daha yaxından tanımasına imkan verəcək gələcəkdə iki şəhərin həyata keçirdiyi birgə layihələrin sayı daha da artırılacaq.

 

Əli SƏLİMOV,

 

Azərbaycan.- 2017.- 7 yanvar.- S.5.