“The Streight Times” qəzeti Bakının turizm potensialı barədə məqalə dərc edib
Sinqapurun məşhur “The Streight
Times” qəzeti “2017-ci ildə
hara getməli” səhifəsində “Köhnə
və yeni Bakı, Azərbaycan” başlıqlı məqalə
dərc edib.
Məqalədə Bakı Asiya və Avropa arasında yerləşən
“cəvahir” adlandırılır. Qeyd edilir ki, həm
Şərq, həm də Avropa mədəniyyətlərini özündə
üzvi şəkildə
cəmləşdirən bu
şəhərə sinqapurluların
səyahət səbətində
az rast gəlinsə
də, məşhur “TripAdvisor” turizm səhifəsi Bakının
ötən ay asiyalı
turistlərin seçimləri
arasında ilk yeri tutduğunu elan edib.
Daha sonra məqalədə İçərişəhər, Şirvanşahlar sarayı
və Qız qalası haqqında qısa məlumat verilir, onların UNESCO-nun Dünya Mədəni İrsi siyahısında yer tutduğu nəzərə çatdırılır.
Azərbaycan mətbəxindən – kabab,
paxlava və ənənəvi çay
evlərindən söhbət
açılır, İçərişəhərin
ətrafındakı müasir
tikililərə diqqət
yetirilir. Yüksək memarlıq həlli
ilə diqqəti cəlb edən “Alov Qüllələri” və “Heydər Əliyev Mərkəzi”ndən
bəhs olunur.
Məqalədə “TripAdvisor” səhifəsinin
Azərbaycan ilə bağlı diqqət yetirdiyi iki cəhət
xüsusi qeyd olunur. Bunlardan birincisi, Azərbaycanda
çörəyin müqəddəs
hesab edilməsi, ikincisi isə Naftalan nefti və onun müalicəvi
əhəmiyyətidir.
AZƏRTAC
Azərbaycan.-
2017.- 11 yanvar.- S. 6.