Multikulturalizmin Azərbaycan
modelinin Gədəbəy
nümunəsi
Malakanlar Prezident
İlham Əliyevin diqqət və qayğısını yüksək
qiymətləndirirlər
Milli azlıqların hüquq və azadlıqlarının
qorunması Azərbaycan
dövlətinin yürütdüyü
siyasətin əsas istiqamətlərindən biridir. Tolerantlıq baxımından nümunə
kimi özünü təsdiqləyən Azərbaycan
hazırda burada yaşayan bütün xalqların azad yaşadığı bir dövlətdir. İndi cəsarətlə
demək olar ki, ölkəmiz dilindən və milliyyətindən, irqindən
və cinsindən, eləcə də dini mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşlarının
hüquq və azadlıqlarının bərabərliyini
təmin edən bir dövlət kimi tanınır.
Burada yaşayan müxtəlif millətlərin nümayəndələri
ölkəmizin inkişafına
töhfələr verirlər. Bu baxımdan
Gədəbəydə yaşayan
malakanlar da özlərini daha rahat hiss edirlər. Çünki yaradılan sağlam mühitdən bəhrələnən bu
insanlar heç vaxt özlərini qərib hiss etmədən
dövlətin hər
cür dəstəyini
görürlər.
Malakanlar Gədəbəyin əsasən
üç kəndində
- Slavyanka, Novosaratovka və Novoivanovkada məskunlaşıblar. Novosaratovka kənd
icra nümayəndəsi
Hüseyn Əliyev deyir ki, doğrudur,
onların sayı azalmışdır. Lakin bu azalma heç də şəraitlərinin
yaxşı və ya pis olması
ilə bağlı deyil. Əsas səbəb dünyaya
gələn gənc nəslin böyük şəhərlərdə yaşamaq
arzusudur.
XIX əsrin
əvvəllərində rus
çariçası II Yekaterinanın
dini inanc fərqliliyinə görə
sürgün etdirdiyi malakanların bir hissəsi də Azərbaycana, o cümlədən
Gədəbəy rayonuna
pənah gətirib. Onlar yerli
əhali ilə mehriban ünsiyyət qurmaqla yanaşı, özlərinin adət-ənənələrini,
mətbəxlərini, hətta
mədəniyyət və
incəsənətlərini də gətirmişlər.
Məskunlaşdıqları Slavyanka, Novosaratovka və Novoivanovka kəndlərində əkin-biçinlə,
heyvandarlıqla məşğul
olmuşlar. Sovetlər birliyi dağıldıqdan
sonra Azərbaycanda aparılan torpaq islahatlarından kənarda
qalmayan malakanlar da pay torpaqlarına sahib olmuş, Azərbaycan vətəndaşı kimi
öz hüquqlarından
istifadə etmişlər.
Hətta
ölkə başçısı
İlham Əliyevin imzaladığı fərman
və sərəncamlara
müvafiq olaraq bəzi imtiyazlar almış, güzəştli
kreditlərlə, subsidiyalarla
təmin olunmuşlar.
Məhz buna görə kənd təsərrüfatı
məhsullarının istehsalı
sahəsində qazanılan
uğurlarda onların
da öz payları var.
Son 10 ildə
Prezident İlham Əliyev üç dəfə Gədəbəy
rayonuna səfər etmişdir. Rayona hər gəlişində
digər azlıqlarla yanaşı, malakanların
da həyat şəraiti ilə maraqlanan dövlət başçısı rayon rəhbərliyinə
xüsusi tapşırıqlar
vermiş, onun icrasını nəzarətdə
saxlamışdır. Məsələn, ölkə başçısı
xanımı Mehriban Əliyeva ilə Slavyanka kəndində olarkən bir malakan ailəsinə baş çəkmiş,
çay süfrəsi
arxasında səmimi söhbətlər etmiş,
onların həyat şəraiti ilə maraqlanmışdır. Həmin
tarixi səfəri indi də həyatının
ən unudulmaz anları kimi xatırlayan Gədəbəy
rayonunun rus icmasının sədri Nikolay Bıçkov deyir ki, mən
cənab Prezidentlə
söhbət zamanı
onun nə qədər müdrik, siyasətcil, əsl dövlət xadimi olduğunu bir daha yəqin etdim.
Nikolay Bıçkovu nəinki yaşadığı Novosaratovka
kəndində, eləcə
də bütün Gədəbəydə Kolya
deyə çağırırlar. Onun evi daim qonaqlı-qaralı olur. Şəxsi evində yaratdığı
muzeydə malakan məişətinə, onun
tarixi keçmişinə
aid çoxlu sayda əşya nümayiş etdirilir. Muzeydə tarixi anları
yaşadan müxtəlif
şəkillər maraq
doğurur. Rayon tədbirlərində böyük
həvəslə iştirak
edən Kolya Azərbaycan dövlətinin,
xüsusən ölkə
rəhbəri İlham
Əliyevin azsaylı xalqların nümayəndələrinə
göstərdiyi diqqət
və qayğıdan da danışır, bütün bunlara görə ona rus icması adından minnətdarlıq
edir. Söz düşəndə deyir ki, Azərbaycan
əsl tolerant ölkədir.
Burada tarix boyu yerli
əhali ilə yanaşı digər xalqların da nümayəndələri azad
və xoşbəxt yaşamış və indi də yaşayırlar.
Nikolay Bıçkovla evində görüşdük. Azərbaycan dilində
sərbəst danışan
Kolya bizi səmimi qarşıladı
və çalışdı
ki, Gədəbəydə
yaşayan rus icmasının hər bir üzvünə göstərilən diqqət
və qayğıdan danışsın. Sözünün əvvəli də, axırı da bu oldu ki,
mən bir çox respublikalarda olmuşam, azərbaycanlılar
qədər mehriban və istiqanlı millət görməmişəm.
Biz burada özümüzü
çox sərbəst
hiss edirik. Rayon rəhbərliyi tez-tez kəndimizə gəlir, sakinlərlə görüşlər
keçirir. Qaldırdığımız bütün məsələlər
qısa vaxtda öz həllini tapır.
Nikolay Bıçkov
keçən ilin 8-9 sentyabrında Bakıda “Azərbaycan multikulturalizmi:
din və dil siyasətinin inkişaf perspektivləri” mövzusunda
keçirilən beynəlxalq
konfransda iştirakından,
orada etdiyi çıxışdan da
danışdı. Dedi
ki, çıxışını
“Bizim vətənimiz Azərbaycandır” sözləri
ilə başlayıb:
“Sonra dedim ki, əsl multikultural
ölkə olan Azərbaycanda hazırda ruslar, ukraynlar, tatarlar, yəhudilər və sair onlarla
millətin nümayəndələri
yaşayır və azərbaycanlılarla onlar
arasında heç vaxt ayrı-seçkilik olmayıb. Əksinə, biz özümüzü həmişə bu ölkənin əsl vətəndaşı hesab
etmişik. Dağlıq Qarabağ müharibəsi
başlayanda malakan gəncləri də silaha sarılaraq erməni işğalçılarına
qarşı döyüşdülər.
Bu yolda Vladimir Koveşnikov qəhrəmancasına
şəhid oldu.
Bir sözlə, biz də azərbaycanlılar kimi, yaşadığımız torpağı
göz bəbəyi tək qorumalıyıq.
Novoivanovka Ermənistanla həmsərhəd
ərazidə yerləşdiyindən
burada yaşayan malakanların əksəriyyəti
1990-cı illərin əvvəllərində
kəndi tərk etməyə məcbur olub. Qalan malakanlar əkin-biçinlə
məşğuldurlar. Azərbaycan Ordusunun gücünə inanan kənd sakinləri mətinlik nümayiş etdirərək
öz yurdlarını
tərk etmək fikrində deyillər.
Dövlətdən hər cür
dəstək görən
yerli əhali ilə yanaşı malakanlar da inanırlar
ki, tezliklə işğal altında olan torpaqlar geri qaytarılacaq.
İstər Slavyanka, istər Novosaratovka, istərsə də Novoivanovka kəndləri bu gün bütün infrastrukturla təmin edilib. Qaz, işıq və
su problemi yoxdur. Kəndlərdə tibb məntəqələri,
poçt binaları, elektron ATS-lər, mədəniyyət evləri,
məktəb və uşaq bağçaları
fəaliyyət göstərir.
Daim dövlət qayğısı
ilə əhatə olunan bu kəndlərdə
həyat öz axarı ilə davam edir. Xüsusilə soyuq aylarda sakinlərin qış qayğıları ilə
bağlı tez-tez
rayon rəhbərliyi ilə
görüşlər keçirilir.
Kənd bələdiyyələri və
icra nümayəndələri
kəndlərin infrastrukturunda
yaranan problemlərin vaxtında aradan qaldırılması üçün
operativ işlər həyata keçirirlər.
Novosaratovka kənd
icra nümayəndəsinin
müavini Validə Hüseynova ilə söhbət zamanı dedi ki, kənd
sakinləri bir-birinə
o qədər qaynayıb-qarışıblar
ki, bunun da nəticəsində çoxlu sayda beynəlmiləl ailələr
yaranıb. Məsələn, mənim anam
Lyubov milliyyətcə
rusdur. 1953-cü ildə atam Aydın Hüseynovla ailə həyatı qurub. Bu birlikdən
mən və qardaşım dünyaya gəlmişik. Yaxud kənd
sakini Tahir Əliyev milliyyətcə
malakan olan Qalina ilə evlənib. 4 övladları var. Kənd
sakini Məhəmməd
Əliyev də milliyyətcə malakan olan Tatyana ilə evlənib. İki oğlanları var.
Göründüyü kimi, Azərbaycan təkcə yeraltı və yerüstü sərvətləri ilə
deyil, həm də zəngin multikultural dəyərləri
ilə tanınır. Uzun illərdir ki, ölkəmizdə müxtəlif
dinə və etnik mənşəyə
malik xalqlar dost, qardaş, bərabərhüquqlu
vətəndaşlar kimi
yaşayır. Azərbaycan burada
ömür sürən
hər kəsin doğma vətəninə
çevrilmişdir. Qonaqpərvərlik, dostcanlılıq, xeyirxahlıqla
yanaşı, tolerantlıq
da Azərbaycan xalqına xas olan mənəvi keyfiyyətlərdəndir. Xalqımız həmişə digər milli azlıqların öz dinlərini, dillərini və mədəniyyətlərini
yaşatmalarına, onların
tarixinin qorunmasına hörmətlə yanaşmışdır.
Söz yox ki, hazırda
bu siyasətin mərkəzində Prezident
İlham Əliyev dayanır.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2017.- 11 yanvar.-
S. 7.