“The Jewish Journal” nəşri Azərbaycanda
və ABŞ-da birinci xanımların nümunəvi rolundan yazır
Amerikada çıxan “The Jewish Journal” nəşrində
Xocalı qırğınının
canlı şahidi Dürdanə Ağayevanın
məqaləsi dərc
edilib. Materialda Azərbaycanda və
ABŞ-da birinci xanımların nümunəvi
rolunun əhəmiyyətindən
bəhs olunur.
Müəllif yazır ki, aparıcı vəzifələr
tutan qadınlar Azərbaycan cəmiyyətinin
güclü və mühüm tərkib hissəsidir. Azərbaycanda qadınlara seçki hüququ 1919-cu ildə, yəni ABŞ-da qadınların analoji hüquq əldə etməsindən bir il əvvəl
verilib. Hazırda sağlam cəmiyyət
geniş əhatəliliyi
və milli birliyi dəstəkləyən
liderlərin fəaliyyətinə
arxalanır. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu fəaliyyətdə xüsusi rol oynayır. Birinci xanım 2004-cü ildən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində
çalışır. Azərbaycan xalqının Ümummilli
Lideri, müasir Azərbaycanın banisi Heydər Əliyevin adını daşıyan
Fondun fəaliyyəti
ölkənin iqtisadi,
mədəni və sosial inkişafının
təmin edilməsinə
yönəlib. Fəaliyyətin əsas istiqamətlərindən
biri uşaqların həyat şəraitini yaxşılaşdırmaqdır.
Son səkkiz
ildə Birləşmiş
Ştatların birinci
xanımı olmuş,
artıq bu vəzifəni tərk etməyə hazırlaşan
Mişel Obama da analoji fəaliyyətlə
məşğul olub. Mişel Obamanın
proqramının hədəflərindən
biri yaşından asılı olmayaraq bütün uşaqlar üçün bədən
tərbiyəsi məşğələləri
və səmərəli
qidalanma imkanını
təşviq etmək
idi.
Heydər Əliyev Fondu ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi
ilə məktəblər,
uşaq bağçaları,
xəstəxanalar, klinika
və muzeylər üçün binalar tikib və ya
bərpa edib. Birinci xanım
həm də qadınların və əlil uşaqların problemlərinin həllinə
yönəlmiş proqramlar
üzərində işləyib.
UNESCO və ISESCO-nun xoşməramlı səfiri
kimi Mehriban Əliyeva Fondun Azərbaycan hüdudlarından
kənarda, xüsusən
təhsil sahəsində
fəaliyyətini genişləndirib.
Gürcüstan, Misir,
Rumıniya, Rusiya, Hollandiya və Pakistanda məktəblər
inşa edilib və bərpa olunub.
Müəllif yazır ki, Heydər Əliyev Fondu görmə qabiliyyəti zədələnmiş
uşaqlar üçün
Sarayevoda yerləşən,
Balkanlarda müharibədən
sonra dağıdılmış
mərkəzi də bərpa edib. Azərbaycanda yəhudi məktəbinin tikilməsi, Vatikanda katakombaların, Azərbaycan,
Bolqarıstan, Fransa, Rusiya və digər ölkələrdə
çoxsaylı kilsələrin
bərpası qədim
dinlərarası tolerantlıq
ənənələrinin nümunəsidir.
AZƏRTAC
Azərbaycan.- 2017.- 12 yanvar.- S.6.