Büdcə sistemi
haqqında Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli
Qanununun tətbiqi və Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809
nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 462-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. həmin qanunun 20.4-1-ci maddəsinə uyğun olaraq, müvafiq dövlət qurumları, həmin qurumlara təqdim edilən hesabatların forması və onların təqdim edilməsi qaydası, habelə dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışları təmin edilməli olan dövlət qurumları ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. həmin qanunun 20.4-2-ci maddəsinə uyğun olaraq, dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Büdcə sistemi haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 oktyabr tarixli 809 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 605; 2004, ¹ 12, maddə 1014; 2009, ¹ 7, maddə 527; 2010, ¹ 2, maddə 77; 2014, ¹ 5, maddə 477, ¹ 10, maddə 1187; 2016, ¹ 8, maddə 1384) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissənin ikinci abzasında 20.3-cü, sözlərindən sonra 20.4-1-ci (ikinci, üçüncü, dördüncü hallarda), 20.4-2-ci, sözləri əlavə edilsin;
2.2. 2-ci hissənin üçüncü abzasında və 20.2-ci sözləri , 20.2-ci, 20.2-1-ci (ikinci halda) və 20.2-2-ci sözləri ilə əvəz edilsin;
2.3. 2-ci hissənin altıncı abzasında 11.17-ci, sözlərindən sonra 16.4-cü, sözləri, 18.5-ci, sözlərindən sonra 18.7-ci, sözləri, 19.10-cu, sözlərindən sonra 20.2-1-ci (birinci halda), sözləri, 20.4-cü, sözlərindən sonra 20.4-1-ci (birinci halda), sözləri əlavə edilsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar
2017-ci il
Azərbaycan.-
2017.- 13 yanvar.- S. 2.