“Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi
tənzimləmə haqqında” Azərbaycan
Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli
Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695
nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin təşkili və fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 9, maddə 847; 2014, ¹ 10, maddə 1196; 2015, ¹ 3, maddə 270, ¹ 5, maddə 531, ¹ 9, maddə 1006; 2016, ¹ 6, maddə 1059, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli 1117 nömrəli Fərmanı) 1.6.2-ci yarımbəndində “müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin” sözləri “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq müəyyən etsin” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
11 yanvar 2017-ci il
Azərbaycan.- 2017.- 13 yanvar.- S. 3.