“Azərbaycan Respublikası Dövlət Miqrasiya
Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan
Respublikasının yubiley medalı
haqqında Əsasnamə
Azərbaycan
Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə təsdiq
edilmişdir
Maddə 1. Təltif edilən şəxslər
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən, qulluqda yüksək nəticələr əldə edən miqrasiya orqanlarının işçiləri, habelə miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsində, miqrasiya proseslərinin idarə edilməsində və tənzimlənməsində fəal iştirak edən digər şəxslər təltif edilirlər.
Maddə 2. Təltif edən orqan
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu əsasnamənin 1-ci maddəsində göstərilən şəxslər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif edilirlər.
Maddə 3. Taxılma qaydası
“Azərbaycan Respublikası
Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan
Respublikasının yubiley medalı döşün sol tərəfinə,
Azərbaycan Respublikasının digər orden
və medalları olduqda onlardan
sonra taxılır.
Azərbaycan.-
2017.- 13 yanvar.- S. 4.