Büdcə sistemi haqqında Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Büdcə sistemi haqqında Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 10, maddə 584; 2003, ¹ 6, maddə 267; 2004, ¹ 12, maddə 979; 2005, ¹ 5, maddə 393, ¹ 12, maddə 1083; 2006, ¹ 2, maddə 67, ¹ 3, maddə 225, ¹ 12, maddə 1012; 2007, ¹ 12, maddə 1202; 2008, ¹ 12, maddə 1049; 2009, ¹ 7, maddə 505; 2014, ¹ 8, maddə 958; Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 349 nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 6.6-cı maddə ləğv edilsin.
2. 6.7-ci maddədən , bu qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, sözləri çıxarılsın.
3. 10.4-cü maddədən , bu qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, sözləri çıxarılsın.
4. 19.4-cü maddədən , bu qanunun 6.6-cı maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, sözləri çıxarılsın.
5. 19.5-ci maddə aşağıdakı redaksiyada verilsin:
19.5. İlin sonuna bütün xəzinə hesablarının qalıqları dövlət büdcəsinin vahid xəzinə hesabına köçürülür. Bu vəsait dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsinə və (və ya) növbəti ilin dövlət büdcəsi xərclərinin on ikidə bir hissəsi həmin il üzrə bu qanunun 7-ci maddəsində göstərilən xərclərin ödənilməsinə yönəldilir, habelə bu qanunun 19.2-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada idarə edilir, yerdə qalan hissəsi isə Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür..
6. 19.6-cı maddədə üzrə sözündən sonra hesabat ili ərzində sözləri, yönəldilərək, sözündən sonra il ərzində sözləri əlavə edilsin.
7. 20.6.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
20.6.4. funksional və inzibati təsnifata uyğun olaraq bölmə və köməkçi bölmə səviyyəsində xərclərin icrasının məbləği;.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2016-cı il
Azərbaycan.- 2017.- 13 yanvar.- S. 2.