“Tariximizin qəhrəmanlıq
salnaməsi” mövzusunda rəsm sərgisi
açılıb
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq muxtar respublikada fəaliyyət göstərən
rəssamların əsərlərindən
ibarət “Tariximizin qəhrəmanlıq salnaməsi”
mövzusunda rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Naxçıvan
Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar
Rəssamı Ülviyyə
Həmzəyeva çıxış
edərək 20 Yanvar faciəsini xalqımızın
qürur tarixi, qəhrəmanlıq salnaməsi
kimi tarixə düşdüyünü deyib.
Ülviyyə Həmzəyeva
bildirib ki, 1990-cı il yanvarın
19-dan 20-nə keçən gecə sovet imperiyasının ordusu Bakıya daxil olaraq dinc əhaliyə,
əliyalın insanlara
qarşı ağlasığmaz
vəhşiliklər törədib.
Bu tarix Azərbaycan
xalqının yaddaşına
müstəqilliyin qazanılması
uğrunda mübarizənin
zirvəsi kimi əbədi həkk olunub.
Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının üzvü,
Naxçıvan Muxtar
Respublikasının Əməkdar
Rəssamı Həmzə
Sadiqovun və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvü Eldar Zeynalovun çıxışları olub. Qeyd edilib ki, 1990-cı il yanvarın
20-də sovet rəhbərliyi
Azərbaycan xalqına
qarşı qanlı cinayət törədib. Həmin hadisələrə məhz
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə
ilk dəfə siyasi-hüquqi
qiymət verilib və sovet rəhbərliyinə
qarşı açıq
etiraz bildirilib.
Vurğulanıb ki, rəssamlarımız əsərlərində daim
bu mövzuya müraciət edir, xalqımızın qəhrəmanlıqlarla
zəngin mübarizə
tarixini əsərlərində
canlandırırlar.
Sonra məktəblilər Emil Kazımlı
və Gülsüm Vəlisoy şəhidlərimizə
həsr olunan şeirlər səsləndiriblər.
Daha sonra sərgiyə baxış olub.
İsmayıl İsmayıllının
“Şəhidlərimiz”, Eldar
Bayramovun “20 Yanvar gecəsi”, Həbibə Allahverdiyevanın “Azadlıq”,
Səyyad Bayramovun “Şəhid ömrü” və digər rəsm əsərləri
sərgi iştirakçıları
tərəfindən maraqla
qarşılanıb.
Sərgidə 32 rəssamın 40-a yaxın
rəsm əsəri nümayiş etdirilib.
Azərbaycan.- 2017.- 13 yanvar.- S.7.