“Əhalinin radiasiya təhlükəsizliyi
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 138; 2003, ¹ 4, maddə 178; 2005, ¹ 4, maddə 278; 2006, ¹ 3, maddə 223) 10-cu maddəsindən “dövlət inhisarında olmaqla” sözləri çıxarılsın və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:
“Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 dekabr
2016-cı il
Azərbaycan.-
2017.- 14 yanvar.- S. 3.