İstiqlala ləyaqətin təntənəsi
1920-ci il yanvarın 14-də Azərbaycanda qərinələrin görmədiyi bir bayram təntənəsi vardı. Avropa Müttəfiq dövlətləri və ABŞ Azərbaycan xalqının müstəqil Cümhuriyyət dövlətini rəsmən tanımış və təsdiq etmişdi. Bu münasibətlə Parlamentin - Məclisi-Məbusanın təntənəli iclası keçirilmiş, həmin gün ölkədə iş günü sayılmamış, qəzetlərin bayram nömrələri buraxılmışdır.
Cümhuriyyətin rəsmi mətbu orqanı statusunu qazanmış “Azərbaycan” qəzeti yanvarın 14-dəki nömrəsini “Müstəqil Azərbaycan” başlığı ilə dərc etmişdir. Həmin nömrəni ərəb əlifbasından müasir əlifbamıza çevirib oxuculara təqdim edirəm. “Azərbaycan” qəzetinin qarşıdan gələn 100 illik yubileyilə əlaqədar bu, qoy ilk hədiyyə olsun!
Şirməmməd HÜSEYNOV
Azərbaycan.-
2017.- 14 yanvar.- S.6.