Astanada 20 Yanvar
faciəsi ilə bağlı fotosərgi
Qazaxıstanın paytaxtı Astanada “Qara Yanvar - müstəqilliyə
doğru yol” adlı fotosərgi keçirilib. Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən
təşkil edilən
sərgi bu ölkənin Birinci Prezidenti Nursultan Nazarbayevin Kitabxanasının
Muzeyində baş tutub. Sərgi muzeyin “Mədəniyyət
vasitəsilə dialoq”
adlı beynəlxalq layihəsi çərçivəsində
nümayiş etdirilib.
Yanvarın 20-dək fəaliyyət göstərəcək
sərginin fotoları
AZƏRTAC tərəfindən təqdim edilib.
Sərginin açılışında ictimai-siyasi
xadimlər, qeyri-hökumət
təşkilatının nümayəndələri
və diasporun fəalları iştirak ediblər. Qazaxıstanın Birinci Prezidenti
Nursultan Nazarbayevin Kitabxanasının Muzeyinin
direktoru Beysinbay Jumabekov deyib ki, bu tədbir
bir daha onu göstərir ki, Qanlı Yanvar faciəsinin qurbanlarının xatirəsi
unudulmayıb. Qazaxıstanda
baş vermiş Jeltoksan hadisələrinin
və 20 Yanvar faciəsinin qardaş xalqların müstəqilliyi,
dövlətçiliyinin bərpası
uğrunda mübarizədə
həlak olmuş şəhidlərin misilsiz
qəhrəmanlıqlarının, vətəndaşlıq qürurunun
və qan yaddaşımızın əyani
təzahürü olduğu
bu sərgidə bir daha öz
təsdiqini tapıb.
Azərbaycanın Qazaxıstandakı səfiri
Rəşad Məmmədov
çıxışında bildirib ki, bu
tarix Azərbaycan xalqının mübarizə
tarixində ən şanlı səhifələrdən
biridir. Odur ki, hər bir azərbaycanlının
borcu Vətənin azadlığı uğrunda
canından keçən
şəhidlərin xatirəsini
daim yad etməkdir.
Sonra qonaqlar sərgi ilə
tanış olublar. Nümayiş olunan fotoşəkillərdən
də əyani görünür ki, Azərbaycan xalqı bu
ağrılı günlərdən mərdliklə
çıxıb və tariximizdə silinməz izlər qoyub.
Keçmiş sovet dövlətinin hərbçilərinin Azərbaycan
xalqına qarşı həyata keçirdiyi vəhşi
terror aktı insanlığa qarşı törədilmiş ən
ağır cinayətlərdən
biri kimi bəşər tarixində qara səhifə kimi
hər bir fotoda öz əksini tapıb. Milli
azadlığı, ölkəsinin ərazi
bütövlüyü uğrunda mübarizəyə
qalxmış dinc əhaliyə divan tutulması, kütləvi
terror nəticəsində yüzlərlə günahsız
insanın qətlə yetirilməsi və yaralanması,
totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar
mahiyyəti bütün dünyaya bir daha nümayiş
etdirilir.
Azərbaycan.-
2017.- 15 yanvar.- S.2.