Keçmiş də, gələcək də mədəniyyətindir...

 

Beynəlxalq tədbirlər ölkəmizin dünya arenasında mədəniyyət mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir

 

Dövlət başçısının milli hədəflərə hesablanmış məqsədyönlü mədəniyyət siyasətinin nəticəsidir ki, paytaxt Bakı son illər bir sıra beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməkdə, konfransfestivallara evsahibliyi etməkdədir. Eyni zamanda regionlarda xalq yaradıcılığı festivalları keçirilib, bir çox şəhərlərimiz isə müxtəlif xarakterik meyarlara görə mədəniyyət paytaxtları seçilib.

Belə ki, Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ “Əfsanələr Paytaxtı”, Qazax, Lənkəran, Masallı, Zaqatala, Balakən “Folklor Paytaxtı”, Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron “Sənətkarlıq Paytaxtı” elan olunub. Ötən ilbu sıradan istisna olmadı: Şamaxı “Ədəbiyyat Paytaxtı”, Qax isə “Milli Mətbəx Paytaxtı” elan edilib.

Daha mühüm məsələlərdən biri də “Bölgələrdən paytaxta” adlı mədəniyyət layihəsidir. Həmin layihə çərçivəsində Masallı, Qəbələ, Quba, İsmayıllı, Gədəbəy, Şəki və Şəmkirin mədəniyyət kollektivlərinin paytaxtın ən nüfuzlu salonlarında göstərdiyi konsert proqramları böyük marağa səbəb oldu.

2016-cı ildə də keçirilən beynəlxalq musiqi, incəsənət festivalları təkcə ölkəmizdə deyil, bütün dünyada geniş əks-səda doğurmuşdur. Azərbaycan mədəniyyətinin daha geniş auditoriyalarda təbliğinə xidmət edən tədbirlərin, genişmiqyaslı layihələrin yüksək səviyyədə həyata keçirilməsində Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə paralel olaraq Milli Məclisin deputatı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də danılmazdır.

İl boyu burada keçirilən beynəlxalq konfransfestivallar da möhtəşəmliyi ilə seçildi. Dövlət başçısının 2016-cı il 11 yanvar tarixli sərəncamı ilə həmin il respublikamızda “Multikulturalizm ilielan edilmişdir. Bununla bağlı ölkə ərazisində, hətta regionlarda təşkil edilən mədəni-kütləvi tədbirlər silsilə xarakterli oldu. Buraya bir sıra beynəlxalq konfrans və festivalları da əlavə etməliyik. Mühüm mədəniyyət hadisələrindən biri, təbii ki, ötən il martın 11-də Muzey Mərkəzində “Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində Qusar rayonunun 2016-cı il üçün “Azərbaycanın Folklor Paytaxtı” elan olunması ilə əlaqədar keçirilən təqdimat mərasimi idi. Həmin tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın son illər mədəniyyət, idman və digər sahələr üzrə beynəlxalq tədbirlərə, o cümlədən ənənə halını almış Dünya Mədəniyyətlərarası Dialoq, Bakı Beynəlxalq Humanitar və Bakı Qlobal forumlarına layiqincə evsahibliyi etdiyini diqqətə çatdırdı.

Paytaxt Bakıda ötən il aprelin 25-dən 27-dək keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna da yüksək səviyyədə hazırlıq işləri görülmüşdü. Bu tədbirlərin dünyada sülhə, anlaşma və təhlükəsizliyə ölkəmizin mühüm töhfəsi olduğunu vurğulayan mədəniyyət naziri həmçinin 50-dən çox ölkənin qatıldığı IV Qlobal Bakı Forumunda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, inteqrasiya kimi aktual məsələlərin müzakirə edildiyini bildirdi.

Ötən ilin ən əlamətdar mədəniyyət hadisələrindən biri də 25-27 aprel 2016-cı ildə Bakı şəhərində “İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd” şüarı altında keçirilən Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumudur. Dünyanın 147 ölkəsindən 1500-dən çox xarici nümayəndənin, ümumilikdə isə 3000 nəfərdən artıq iştirakçının qatıldığı forum çərçivəsində 41 panel iclası, təqdimat və qrup görüşləri, 86 mədəni tədbir keçirilmişdir.

Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimində qeyd edildi ki, layihə ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb, məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, “Avropa Gənclər Paytaxtı” seçilmiş şəhərlərin aid olduğu ölkələrin Gənclər Təşkilatları Milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır.

2016-cı il avqustun 27-də Qəbələ şəhərində keçirilən IV Beynəlxalq Mürəbbə Festivalında Türkiyə, İran, Qana, Gürcüstan, Rusiya, Şimali Kipr, Ukrayna, Özbəkistan, Çin şirniyyatçıları, eləcə də ölkəmizin 30 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdirdilər. Dünya Kulinariya Təşkilatları BirliyininDünya Xalq Yaradıcılığı Təşkilatının himayəsi altında olan festivala üç mindən çox yerlixarici turist də qatıldı.

Sentyabrın 18-27-də Bakıda keçirilən Üzeyir Hacıbəyliyə həsr olunmuş VIII Beynəlxalq Musiqi Festivalı da sadalanan beynəlxalq tədbirlər sırasına daxildir.

Dövlət başçısının “Multikulturalizm ili” ilə bağlı imzaladığı sərəncamın, habelə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə keçən il noyabrın 7-8-də “Teatrmultikulturalizmmövzusunda olan IV Bakı Beynəlxalq Teatr Konfransında dünyanın məşhur mədəniyyət mərkəzlərinin teatr xadimləri, mütəxəssislər bu tədbirdə iştirak etmiş, xalqımızın milli mənəvi sərvətlərindən olan səhnə sənətinin zənginliyinə heyran qalmışlar.

Xatırladaq ki, son 6 ildə respublikamızın 17 şəhər və rayonununpaytaxtelan edilməsi heç də təsadüfi deyil. Diqqətdən yayınmayan məsələlərdən biribudur ki, adıçəkilən proqram çərçivəsində azsaylı xalqların nümayəndələri də tədbirlərdə geniş şəkildə iştirak etmiş, ölkəmizdə olan multikulturalizm və tolerantlıq modeli bir daha dünyaya tanıdılmışdır.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri mədəniyyət sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. Onun fikrincə, Azərbaycanda bütün dinlərin, mədəniyyətlərin nümayəndələri dostluqsülh şəraitində yaşayır. Bakıda mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında dialoqun möhkəmləndirilməsinə xidmət edən mühüm tədbirlər keçirilir.

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşmadialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu günsadiq qalmasının bariz nümunəsidir.

Ötən ilin yaddaqalan mühüm tədbirlərindən biri də Azərbaycanın təşəbbüsü ilə Türkiyə, İran, Qırğızıstan və Qazaxıstanın lavaşla bağlı birgə sənəd hazırlayaraq UNESCO-ya təqdim etdiyini və noyabrın 30-da UNESCO Hökumətlərarası Komitəsinin Efiopiyanın paytaxtında keçirilən 11-ci sessiyasında “Lavaş, katırma, jupka, yufka - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti”nin qurumun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsidir.

“Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” Prezident İlham Əliyevin imzaladığı 2016-cı il 19 yanvar tarixli sərəncamı isə xalqımızın zəngin mədəni irsinə verilən yüksək qiymətin növbəti nümunəsi sayılır. Bu mühüm sənəd Azərbaycanın çoxəsrlik keçmişə malik şəhərlərindən olan Şəkinin tarixi görünüşünün, onun memarlıq üslubunun qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün möhkəm zəmin yaradır.

Son illər Şəki şəhərində aparılan abadlıq-quruculuq işləri, mühüm infrastruktur layihələrinin icrası, tarix-mədəniyyət abidələrinin bərpası istiqamətində görülən ardıcıl tədbirlər burada turizm potensialının gücləndirilməsi və beynəlxalq səviyyədə tanınmasında böyük rol oynamışdır. Məhz belə inkişafın nəticəsidir ki, beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Mədəniyyət Nazirləri Daimi Şurasının 33-cü toplantısı çərçivəsində Türkmənistanın Marı şəhərində keçirilən mədəniyyət məsələləri üzrə məsul nazirlərin toplantısında Şəki şəhəri 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı seçilmişdir.

2016-cı il dekabrın 1-də Şəki şəhərində TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirildi. Türk dünyasının mədəniyyət paytaxtı 2016” missiyasını başa vuran qədim şəhər qardaş ölkələrdən nümayəndə heyətlərini qəbul etdi. Şəkinin tarixi hissəsinin “Xan Sarayı” ilə birlikdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün hazırlanan nominasiya faylı və fəaliyyət planı Dünya İrsi Mərkəzinə təqdim olunmuşdur.

Nəhayət, qədim və zəngin qeyri-maddi mədəni irs minillər boyu formalaşan xalq yaradıcılığının nailiyyətlərini özündə ehtiva edir. Bu milli mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması ölkəmizin təbliğində və beynəlxalq nüfuzunun yüksəlməsində də böyük əhəmiyyət kəsb edir. Mütəxəssislərin fikrincə, keçmiş də, gələcək də mədəniyyətindir: keçirilən beynəlxalq tədbirlər isə ölkəmizin dünya arenasında mədəniyyət mərkəzlərindən birinə çevrildiyinin göstəricisidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 17 yanvar.- S.7.