Bunlar yuxu deyildi...
Küçələrdə sıralanmış tankların “zəhm”indən körpələrin bağrı yarıldı. Dəhşətli atəş səslərindən vahimələnib ağladılar. Şəhidlərin dəfninə gedən, ucu-bucağı görünməyən izdihama tamaşa etdikcə nə baş verdiyini anlamayıb təəccübləndilər...
Sonralar, ildən-ilə böyüdükcə valideynləri ilə, müəllimləri ilə şəhid məzarlarını ziyarətə gedəndə əsl məsələni başa düşdülər, həqiqəti dərk etdilər. Dostu-düşməni tanımağa başladılar.
27 il əvvəlki o uşaqlar indi 30-35 yaşındadırlar. Həmin günləri dəhşətli bir yuxu kimi xatırlasalar da, bunların yuxu olmadığını artıq yaxşı bilirlər. Onlar görüb-eşitdiklərini, yadda saxlayıb unutmadıqlarını qanlı 20 Yanvar tarixinin canlı şahidi kimi öz uşaqlarına, nəvələrinə danışacaqlar...
Azərbaycan.- 2017.- 18 yanvar.- S. 7.