Prezident İlham
Əliyev Davosda
“Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yanvarın 17-də Davosda
“Procter and Gamble Europe” şirkətinin prezidenti Geri Edrü Kumbe ilə görüşüb.
Görüşdə son vaxtlar Azərbaycanda gedən inkişaf proseslərinin ölkəmizə
sərmayə cəlb
olunmasına və turist axınına geniş imkanlar yaratdığı bildirildi. “Procter and
Gamble Europe” şirkətinin Azərbaycan ilə yaxşı əlaqələri
olduğu vurğulandı
və bu şirkətin ölkəmizlə
əməkdaşlığın genişləndirilməsi baxımından
bir sıra layihələrinin nəzərdə
tutulduğu qeyd edildi.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 yanvar.- S.1.