“LafargeHolcim” şirkətlər qrupu Azərbaycan ilə əlaqələr qurmağa hazırdır
Bu fikir Prezident İlham Əliyevin Davosda
“LafargeHolcim”in rəhbəri
ilə görüşündə vurğulanıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ilə görüşüb.
Görüşdə “LafargeHolcim” şirkətlər qrupunun rəhbəri Erik Olsen ətraf mühitin qorunması, məişət tullantılarının yandırılması sahəsində bu şirkətlər qrupunun gördüyü işlər və imkanları barədə dövlət başçısına məlumat verdi. Erik Olsen Azərbaycanı əməkdaşlıq baxımından cəlbedici ölkə kimi dəyərləndirərək respublikamızla əlaqələr qurmağa hazır olduqlarını vurğuladı.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
AZƏRTAC
Azərbaycan.-
2017.-18 yanvar.- S.2.