Əhməd Sami Elaydi:
“İslam Həmrəyliyi İli”
İslam dünyasının birliyinə
xidmət edən çox önəmli təşəbbüsdür
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili ölkədə “İslam Həmrəyliyi İli” elan etməsi təsadüfi deyil. Azərbaycan dünya dövlətləri, xüsusilə İslam ölkələri ilə yaxşı əlaqələr qurub. Bu qərar Azərbaycanda 2016-cı ildə elan olunmuş “Multikulturalizm İli”nin məntiqi davamı hesab edilir. “İslam Həmrəyliyi İli” İslam dünyasının birliyinə xidmət edən çox önəmli təşəbbüsdür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycanda Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi bildirib.
O deyib
ki, son illər Azərbaycanın
dünya ölkələri ilə, beynəlxalq
təşkilatlarla əlaqələrində mühüm
inkişaf müşahidə olunur. Azərbaycan bu inkişafa həm də
özünə şüar seçdiyi tolerantlıq və multikulturalizm,
birgəyaşayış dəyərləri sayəsində nail olub. Əsrlərdir Azərbaycanda
müxtəlif xalqların və dinlərin nümayəndələri
birgə yaşayırlar və bu ölkədə
vaxt ayrı-seçkilik hallarına rast gəlinməyib. Əksinə, hər
bir insan hiss edir ki, o, vahid
fikirli bir ailənin içərisindədir.
Şübhəsiz, Azərbaycanın
müsəlman ölkələrinin
yaxınlaşması, bu
ölkələrlə dostluq
əlaqələrinin yaradılmasında
oynadığı rol
Prezident İlham Əliyevin 2017-ci ili ölkədə “İslam
Həmrəyliyi İli”
elan etməsinə haqq qazandırır.
Əhməd Sami Elaydi
qeyd edib ki, Azərbaycanın İslam dünyası ilə əlaqələrini
inkişaf etdirməyə
önəm verməsinin
bariz göstəricisi
onun bu il Dördüncü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsidir. Bu mühüm beynəlxalq
hadisə təkcə
idman tədbiri deyil, həm də siyasi, ictimai və mədəni hadisədir.
Məlumdur ki, həmrəylik
əməkdaşlıq, qarşılıqlı
yardım, bir-birini dəstəkləmək deməkdir.
Azərbaycan daim İslam
ölkələrinə əməli
dəstək göstərir,
hər hansı müsəlman ölkəsində
baş verən böhranların aradan qaldırılmasına yardım
edir. Azərbaycan hər zaman
sübut edib ki, İslam dünyasının problemləri
ilə yaxından maraqlanan, müsəlman aləminin birliyinə çalışan bir ölkədir. Azərbaycan bütün
dünyaya nümunə
göstərir ki, müsəlman ölkələri
bir-biri ilə münaqişə edən
ölkələr deyil,
əksinə inkişaf
etmiş, bir-biri ilə həmrəy olan ölkələrdir.
Azərbaycan keçmişlə müasirliyi özündə
birləşdirir, Şərqlə
Qərb arasında körpü rolunu oynayır. Bu ölkədə müxtəlif
dinlərin və məzhəblərin nümayəndələri
sülh şəraitində
yaşayırlar.
Dünyada ilk dəfə olaraq məhz Azərbaycanda şiə və sünni müsəlmanları
Qafqazın ən böyük məscidi olan Heydər məscidində bir yerdə vəhdət namazı qılıblar.
Mərkəzin direktoru bildirib ki, “İslam Həmrəyliyi
İli” Azərbaycanın İslam
dünyasını narahat edən bütün problemlərin həllində əməkdaşlığa,
İslam həmrəyliyinə can atmasının bariz sübutudur. Azərbaycan, həmçinin bununla bütün dünyaya İslam ölkələrinin
həmrəyliyi, inkişafı ilə bağlı nümunə
təqdim edir. Təbii ki,
bu il çərçivəsində
görüləcək işlərin müsəlman ölkələrinin
birliyinə, onların tərəqqisinə böyük
təsiri olacaq.
Azərbaycan.-
2017.-18 yanvar.- S.4.